Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə ISNA agentliyi və danışıqlardan məlumatlı rəsmiyə istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, Qətərdən olan vasitəçilərin bazar ertəsi və ya çərşənbə axşamı Nyu-Yorkda Əraqçi ilə, ABŞ tərəfi ilə isə ayrıca danışıqlar aparması gözlənilir. Görüşlər müharibəyə son qoyulması istiqamətində yeni təşəbbüs çərçivəsində keçiriləcək.
Danışıqların İranın ötən həftə BMT Baş Assambleyasının iclası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin dəyişdirilmiş variantı üzərində cəmləşəcəyi bildirilir.
ISNA-nın məlumatına görə, Əraqçi ilə vasitəçilərin görüşündə tərəflər mövcud vəziyyətlə bağlı son təklifləri və mövqeləri nəzərdən keçirəcəklər. Görüşdə ABŞ tərəfinin nümayəndələrinin iştirak etməyəcəyi bildirilib.
İranın yeddi günlük planı İran və Livandakı bütün hərbi əməliyyatlara son qoyulmasını, milyardlarla dollar dəyərində İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını, İran neftinə tətbiq olunan sanksiyaların ləğvini və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını nəzərdə tutur.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Sentyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















