Icma.az
close
up
RU
Tehran şərtlərini açıqladı

Tehran şərtlərini açıqladı

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İrana qarşı hücum edilməyəcəyinə zəmanət, təzminat və nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini tətbiq etməyə razılıq...

Yaxın Şərqdə gərginlik davam etməkdədir. Xatırladaq ki, fevralın sonundan başlanan qarşıdurma böyük dağıntılara və insan itkisinə səbəb olub. İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə bildirib ki, ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra İranda 1,3 mindən çox dinc sakin həlak olub. Diplomatın sözlərinə görə, Amerika və İsrail hərbçiləri əhalinin sıx məskunlaşdığı ərazilərə və kritik infrastruktur obyektlərinə qəsdən zərbələr endirirlər. “Hazırkı vaxta qədər onların bu dəhşətli cinayətləri 1,3 mindən çox dinc sakinin ölümünə səbəb olub”, - deyə İranın ümumdünya təşkilatındakı daimi nümayəndəsi vurğulayıb.

İrandan Aİ-yə cavab...

Bu arada İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyenin “İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini müəyyən etmək hüququna layiqdir” bəyanatına kəskin reaksiya verib. Baqai fon der Leyenin sosial şəbəkədəki çıxışını şərh edərək onu “tarixin yanlış tərəfində dayanmaqda” və ikiüzlülükdə günahlandırıb. İranlı diplomat qeyd edib ki, Avropa İttifaqı rəhbərliyi işğalı, soyqırımı və vəhşilikləri dəstəkləməklə karyera qurub, indi isə ABŞ və İsrailin İranlılara qarşı hərbi cinayətlərinə göz yumur. Baqai xüsusilə vurğulayıb ki, beynəlxalq hüquq pozuntuları qarşısında susmaq cinayətə şərik olmaq deməkdir. “Minab şəhərində 165 günahsız İranlı uşaq öldürüləndə səsiniz harada idi? Xəstəxanalar, tarixi abidələr, neft obyektləri, polis idarələri və yaşayış məhəllələri namərdcəsinə bombalananda niyə susursunuz?” - deyə diplomat əlavə edib.

İsrailin şəhərləri bombalandı...

İsrailin Təl-Əviv şəhərinə bağlı Ramat-Qan bölgəsində İran tərəfindən atıldığı bildirilən ballistik raketin zərbəsindən sonra ciddi dağıntılar qeydə alınıb. Sosial şəbəkələrdə və “Telegram” kanallarında yayılan kadrlarda raketin düşdüyü ərazidə binaların və obyektlərin ciddi ziyan gördüyü əks olunur. Məlumatlara görə, zərbə nəticəsində xüsusilə sənaye və ofis binalarının yerləşdiyi ərazilərə ciddi ziyan dəyib. Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub, dağıntıların aradan qaldırılması və mümkün zərərçəkənlərin müəyyənləşdirilməsi üçün əməliyyat aparılıb.

İsrailin başqa şəhərlərində də ardıcıl partlayışlar baş verdiyi bildirilib. Məlumata görə, İran tərəfindən endirilən raket zərbələrindən biri Hayfa şəhərində yerləşən elektrik stansiyasına düşüb. Zərbə nəticəsində obyektdə yanğın baş verdiyi qeyd olunur.

Dubaya 2 dron düşüb, BƏƏ isə raketləri zərərsizləşdirib

Dubay Beynəlxalq Hava Limanı yaxınlığına iki dron düşüb. Bu barədə Dubay hökumətinin media ofisi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb. Qeyd olunur ki, BƏƏ hakimiyyəti hücumların videolarını yaymaq üçün sərt cəzalar tətbiq edib. Buna görə də hadisələrin yeni görüntüləri getdikcə nadir hallarda yayılır.

Bundan başqa, Bağdaddakı ABŞ diplomatik kompleksinə pilotsuz təyyarə hücumu edilib.  Məlumatı “The Washington Post” mənbələrə istinadən yayıb. Verilən məlumata görə, Bağdad hava limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən, ABŞ diplomatik korpusuna logistik dəstək verən ABŞ diplomatik dəstək mərkəzinə altı PUA ilə hücum edilib, onlardan beşi vurulub.

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri İrandan raket hücumunun qarşısını alıb. BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına görə, partlayış səsləri hava hücumundan müdafiə sistemi tərəfindən raketlərin vurulması zamanı yaranıb. Nazirliyin “X” səhifəsindəki açıqlamasında belə qeyd olunub.

Trampdan dialoq məsələsinə münasibət...

ABŞ Prezidenti Donald Tramp Florida ştatında keçirdiyi mətbuat konfransında İranla bağlı maraqlı açıqlama verib. ABŞ Prezidenti hərbi əməliyyatların “çox uğurlu” davam etdiyini bildirsə də, rəsmi Tehranla birbaşa dialoq imkanlarını istisna etməyib. Tramp jurnalistin “İranla danışıqlar masasına oturacaqsınızmı?” sualına cavab olaraq, “Bəli, mən hər kəslə danışa bilərəm. Mən danışıqların adamıyam. Amma şərtlərimiz bəllidir: nüvə silahı yoxdur, terrora dəstək yoxdur,” - deyə bildirib.

Pit Heqset: Məğlub edilənə qədər...

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn İranın hərbi əməliyyatlar zamanı göstərdiyi müqavimətə münasibət bildirib. Amerikalı general jurnalistlərə açıqlamasında İran qüvvələrinin döyüş meydanında müqavimət göstərdiyini etiraf edib, lakin onların ABŞ-ın əvvəl düşündüyündən daha güclü olmadığını vurğulayıb. “Onlar döyüşürlər və mən buna hörmət edirəm. Amma düşünmürəm ki, onlar bizim əvvəl hesab etdiyimizdən daha qorxulu və ya daha güclüdürlər”, - deyə Den Keyn bildirib.

Pentaqonun rəhbəri Pit Heqset isə bildirib ki, İran tam və qəti şəkildə məğlub edilənə qədər İsraillə birgə İrana qarşı həyata keçirilən əməliyyatı başa çatdırmaq niyyətindədirlər. “ABŞ düşmən tam və qəti şəkildə məğlub edilənə qədər geri çəkilməyəcək. Lakin biz öz qrafikimizə və öz seçimimizə uyğun hərəkət edəcəyik”, - o deyib. Heqset əməliyyatın hansı mərhələdə olduğunu dəqiqləşdirməyib, yalnız ABŞ qoşunlarının tapşırıqları dəqiqliklə yerinə yetirdiyini qeyd edib. “Biz üstün və zəifləməyən diqqətimizi məqsədlərimizə yönəltdiyimiz üçün qalib gəlirik. Bu məqsədlər burada “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı ilə bağlı ilk brifinqimi keçirdiyim gündə olduğu kimi dəyişməz olaraq qalır”, - Heqset qeyd edib.

ABŞ bazaları bombalandı...

İran isə ABŞ hərbçilərinin yerləşdiyi iki əsas bazaya raket zərbələri endirib. Məlumata görə, zərbələr Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra aviabazasına və Bəhreyndəki Əl-Cufeyr hərbi bazasına yönəlib. Həmin bazalarda ABŞ hərbçilərinin və hərbi texnikasının yerləşdiyi bildirilir. Eyni zamanda, İsrail ərazisində də bir neçə hərbi obyektin hədəfə alındığı qeyd olunur.

SEPAH İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı həyata keçirilən “Doğru vəd - 4” əməliyyatının son mərhələsində 2 ton ağırlığında döyüş başlığı daşıyan raket buraxıldığını bəyan edib. Bu barədə İranın dövlət televiziyası hərbi qurumun açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyatın 37-ci mərhələsi çərçivəsində ABŞ qüvvələrinin mövqelərinə 2 tonluq döyüş başlığı ilə təchiz edilmiş “Xürrəmşəhr-4” tipli yeni raketlərlə zərbələr endirilib.

Martın 11-nə keçən gecə İranın İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr bölgədə gərginliyin kəskinləşməsindən sonra İranın həyata keçirdiyi ən genişmiqyaslı hücum kimi qiymətləndirilib. SEPAH-ın açıqlamasında qeyd olunub ki, “Doğru vəd - 4” əməliyyatının 37-ci mərhələsi çərçivəsində ABŞ-ın Ərbildəki hərbi bazası, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının bazası, həmçinin Təl-Əviv ətrafı hədəfə alınıb.

Daha bir SEPAH rəhbəri öldürüldü...

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Məlumatlara görə, Kaşefi şəhərdə avtomobili ilə hərəkətdə olarkən İsrailə məxsus pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb. Bildirilir ki, hücum nəticəsində avtomobilə birbaşa zərbə endirilib və SEPAH rəsmisi hadisə yerində həlak olub. Qeyd olunur ki, Məcid Kaşefi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrində əsas fiqurlardan biri hesab olunurdu və raket proqramı ilə əlaqəli fəaliyyətlərdə iştirak edib. İran tərəfi bununla bağlı rəsmi açıqlama verməyib.

Hörmüzdə gərginlik davam edir

Hörmüz boğazında da gərginlik yenidən yüksəlib. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ donanmasının bölgədəki fəaliyyətinə qarşı sərt bəyanatla çıxış edib. Komandir bildirib ki, ABŞ hərbi gəmilərinin və müttəfiqlərinin Hörmüz boğazında tanker karvanlarına müşayiət etməsi cəhdləri İran tərəfindən qəbul edilməyəcək və buna qarşı hərbi tədbirlər görüləcək. Onun sözlərinə görə, belə addımlar İranın raket sistemləri və pilotsuz sualtı aparatları ilə dayandırıla bilər.

Əlirza Təngsiri, həmçinin ABŞ hərbçilərinin müşayiəti ilə bir neft tankerinin artıq Hörmüz boğazından keçdiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. “ABŞ Donanması və müttəfiqlərinin Hörmüz boğazında hər hansı hərəkəti İranın raketləri və pilotsuz sualtı aparatları tərəfindən əngəllənəcək”, - deyə SEPAH komandiri bildirib.

ABŞ Prezidenti Donald Tramp isə özünün “Truth Social” hesabında paylaşım edərək, ABŞ hərbi dəniz qüvvələrinin İranın mina döşəyən 10 hərbi gəmisini birbaşa zərbələrlə məhv etdiyini bəyan edib. “Mənə indicə məlumat verildi ki, biz İranın 10 mina gəmisini vurduq və onlar artıq okeanın dibindədir” - deyə qeyd edən Tramp, Tehranın dəniz yollarını bağlamaq cəhdinin uğursuzluğa düçar olduğunu bildirib.

Pentaqonun və CENTCOM-un (ABŞ Mərkəzi Komandanlığı) verdiyi təfərrüatlara görə, “Epic Fury” (Epik Qəzəb) əməliyyatı çərçivəsində həyata keçirilən bu hava və dəniz hücumları İranın dənizdəki minalama qabiliyyətinə sarsıdıcı zərbə vurub. Tramp, həmçinin əlavə edib ki, əgər İran boğazdakı minaları dərhal təmizləməsə, Tehranı “tarixdə görünməmiş” hərbi nəticələr gözləyir.

Bütün təkliflər rədd edilib...

İran atəşkəs danışıqlarına vasitəçilik etmək istəyən ölkələrin bütün təkliflərini rədd edib və diplomatik danışıqları bərpa etmək üçün ABŞ-dan müəyyən zəmanətlər tələb edir. Məlumatı Livanın “Əl Mayadeen” televiziya kanalı yayıb. Kanalın mənbələrinə görə, Tehran Vaşinqtonun gələcəkdə İrana qarşı hücum edilməyəcəyinə zəmanət verməsini, təzminat ödəməsini və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini tətbiq etməsinə razılıq verməsini tələb edir.

Buşəhrə dəyən ziyan...

İran ABŞ və İsrailin hücumlarından sonra Buşəhr xəstəxanasına dəyən ziyanı açıqlayıb. Buşəhr Tibb Universitetinin rəhbəri Alakərəm Ehlaqinin sözlərinə görə, İranın cənubundakı Buşəhr şəhərindəki bir xəstəxana ABŞ və İsrailin hücumları nəticəsində bina və avadanlıqlara dəyən ziyana görə fəaliyyətini dayandırıb. “Buşəhrə hücumlar və tibb mərkəzinin yaxınlığında bir neçə raket və bombanın partlaması nəticəsində xəstəxanaya ciddi ziyan dəyib. Partlayışlar güclü olub, bəzi binalar və avadanlıqlar zədələnib. Hazırda tibb mərkəzinin fəaliyyətini davam etdirmək mümkün deyil”, - deyə o bildirib.

İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mojtab Xaledinin sözlərinə görə, ümumilikdə ABŞ və İsrailin zərbələri nəticəsində İranda 19 mindən çox mülki obyektə ziyan dəyib. Bunlardan 16 mindən çoxu yaşayış binalarıdır.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see253

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri