Tehranda kritik saatlar: Qətər vasitəçiliyi ilə ABŞ İran böhranı bu gün bitir?
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qətər danışıqçıları ABŞ və İran arasındakı münaqişəyə son qoyacaq razılaşmanı tamamlamaq məqsədilə Tehrana yola düşüblər.
Redaktor.az “Reuters” agentliyinin mənbələrinə istinadən xəbər verir ki, diplomatlar bu səhər saatlarında İran paytaxtına gəliblər.
Məlumata görə, artıq üç aydan çoxdur davam edən regional münaqişəyə nöqtə qoyacaq tarixi sənədin elə bu gün, yəni iyunun 14-də imzalana biləcəyi gözlənilir.
Agentlik qeyd edir ki, sözügedən vaxt çərçivəsi barədə proqnoz daha əvvəl ABŞ və Pakistan liderləri tərəfindən də səsləndirilib. Bununla belə, Tehran tərəfi sazişin əldə olunması üçün müəyyən edilən bu vaxt qrafikinə hələ ki şübhə ilə yanaşır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:Qətər və İran XİN rəhbərləri ABŞ ilə vasitəçiliyi müzakirə ediblər
08 İyun 2026 09:45
İslamabadın İran və ABŞ arasında vasitəçiliyi: Tehranda rəsmi görüşlər keçirildi
23 May 2026 18:53
Qətər Qəzza ilə bağlı danışıqlarda vasitəçiliyi dayandırdı
10 Noyabr 2024 00:59
Qətər Qəzza üzrə danışıqlarda vasitəçiliyi dayandırır
10 Noyabr 2024 11:15
Baxış sayı:149
Bu xəbər 14 İyun 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















