Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” Pezeşkiyan
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.
Sfera.az xəbər verir ki, IRNA-nın məlumatına görə, “Tehranın artıq suyu yoxdur”, – deyən prezident, əvvəlki hakimiyyətləri məsuliyyətsizlikdə günahlandırıb.
Məlumata əsasən, ölkənin ən böyük su anbarlarından biri bir aydan sonra quruyacaq. Yeddi əsas bəndin doluluq səviyyəsi 10%-dən aşağı düşüb, ikisi isə tam boşalıb. Su anbarlarının 80%-i kritik həddə çatıb. Quraqlıqdan ən çox Hürmüzqan və Fars əyalətləri zərər görüb.
Tehranda məktəblər və dövlət qurumları 26 iyula qədər bağlanıb. Minlərlə insan şimal bölgələrə köç edir. Böhran həmçinin fabriklərin bağlanmasına, minlərlə insanın işsiz qalmaq riski ilə üzləşməsinə səbəb olub. Paytaxtın köçürülməsi təklifi, böhranın miqyasını ortaya qoyur.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















