Tehranın Bakı və İrəvana qarşı İKİLİ OYUNU: İran özünü məhv olmaqdan bu cür qoruyur SENSASİON MƏQAMLAR KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“İran artıq regionda nüfuzunu və təsir dairəsini itirir. Amma buna baxmayaraq regiondan getmək istəmir. Çünki İranın regionda zəifləməsi onun məhvinin başlaması demək olacaq. Ona görə də İran Ermənistanla hərbi əməkdaşlığı davam etdirməklə, regionda özünü güc mərkəzi kimi göstərməyə çalışır”.
Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bu, bir növ Azərbaycana da mesajdır. İran Ermənistanın yanında olduğunu və regiondan getmədiyini sərgiləyir. İran Azərbaycan-Türkiyə tandeminin güclənməsini, Təl-Əviv və Bakı münasibətlərinin möhkəmlənməsini həzm edə bilmir. Ona görə də, Tehran bununla Qafqazda balans yaratmağa səy göstərir. Bütün bunların fonunda İran diplomatik yolla Azərbaycanla münasibətləri pozmamağa çalışır. Çünki Tehran bilir ki, Azərbaycan regionda əsas oyunçudur. İranın gələcəyi məhz Azərbaycanın özünü necə aparmasından asılıdır. Ona görə də, İran həm Azərbaycanla münasibətlərini kəsmək istəmir, həm də geosiyasi maraqlarını sığortalayır. Əslində isə bu, ikili oyundur. Nə Ermənistan, nə də Azərbaycan İranın bu oyunlarını ciddi qəbul edir. Çünki Ermənistan görür ki, İran gücsüzdür və sözdən başqa heç nə edə bilmir. Azərbaycan isə anlayır ki, İranın xoş sözləri ikiüzlülükdən başqa bir şey deyil. Bunun arxasında səmimiyyət yox, diplomatiya dayanır”.
Müşviq Tofiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 Aprel 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















