Tehranın cümə imamının oğlu və gəlini həbs edildilər
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İranda tanınmış din xadimi, Tehranın cümə imamı olan Kazım Sadiqinin ailə üzvləri saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Bundan əvvəl onun iki oğlu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qüvvələri tərəfindən korrupsiya işi üzrə həbs olunub. Daha sonra isə din xadiminin gəlininin də tutulduğu bildirilib.
Məlumata görə, Kazım Sadiqinin özü, iki oğlu və gəlini 2023-cü ildə də Tehranın şimalında dəyəri 20 milyon dollardan çox olan dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunublar.
Baxış sayı:55
Bu xəbər 10 İyun 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















