Icma.az
close
up
RU
Təhsil eksperti: Azərbaycanda əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətdə artıb

Təhsil eksperti: Azərbaycanda əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətdə artıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətdə artan temp üzrə gedir.

Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib. O xatırladıb ki, iki il bundan öncə ilk dəfə olaraq ölkəmizdə oxuyan xarici tələbələrin ümumi sayı 10 minə çatıb: “Daha əvvəlki illərdə bu rəqəm 7-8 min aralığında dəyişməz olaraq qalırdı. Lakin artıq ikinci ildir ki, 10 minin üzərində olması sevindiricidir. Amma bu o demək deyil ki, bu istiqamətdə görülən işlər hazırda tam qaneedicidir və məsələyə özünün müsbət həllini tapan proses kimi də baxa bilərik”.

Elmin Nurinin sözlərinə görə, hazırda Azərbaycanda ümumi tələbə sayı ilə burada oxuyan xarici tələbə nisbətində çox ciddi fərqlər var: “Qarşıdakı 5 ildə 10 min əcnəbi tələbə sayının daha da artacağına isə ümidlər böyükdür. Bunun isə bir neçə səbəbi var. İlk səbəb kimi ötən il Azərbaycanda təşkil olunan COP-29 beynəlxalq konfransın misal çəkə bilərik. Bu konfrans bir çox ölkələrin, oradakı universitetlərin, akademik heyətin, o cümlədən tələbələrin marağını çox çəkdi. Orada təşkil olunan təhsil panelləri Azərbaycanda ekoloji təhsilə, bu yönümlü ixtisaslara diqqəti, yaxın perspektivdə görüləcək işləri dünya ictyimaiyyətinə bir daha tanıtmış oldu. Hələ COP-29 ərəfəsində təhsil mütəxxəssislərinin bir çoxunun verdikləri proqnozlara əsasən, məhz bundan sonra Azərbaycana gələcək tələbə axınının sayına müsbət artıq olacaq”.

Ekspert qeyd edir ki, Qarabağ Universiteti və gələcəkdə yaradılması nəzərdə tutulan bir neçə ali təhsil müəssisəsinə tibb ixtisasına yer verilməsi buraya gələcək tələbə sayının artmasına səbəb olacaq: “Çünki hazırda nəinki Azərbaycanda, hətta bütün dünyada belə əcnəbi tələbələrin ən çox önəm verdiyi ixtisasların başında məhz tibb gəlir. Təsadüfi deyil ki, bizdə təhsil alan əcnəbi tələbələrin bir çoxu da Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetini (tibb ixtisasına görə) seçib. Gələn ildən etibarən, Qarabağ Universitetində tibb ixtisasının olacağı təqdirdə xaricilərin də maraqlarının artacağını görə biləcəyik”.

Lakin ekspert bu istiqamətdəki vəziyyətin hələ yetərincə olmadığı fikrindədir: “Mövcud vəziyyəti tam şəkildə ürəkaçan hesab etmək olmaz. 180 minə yaxın tələbə çoxluğunun yalnız 10 mininin əcnəbi olması çox da sevindirici hal deyil. Təsəvvür edin, təhsil alan hər 18 tələbədən yalnız biri (orta hesasla) əcnəbidir”.

E.Nuri sonda əcnəbi tələbələrin ölkəmizdə qarşılaşdığı mövcud problemlərdən söz açıb: “Əcnəbilərin qarşılaşdıqları əsas problemlər isə oxuduqları universitetlərin infrastrukturu, texniki imkanları, kitabxana və əsasən də kampus sistemidir. Bizdə isə təəssüf ki, kampus sisteminə sahib olan universitet azdır. Əcnəbi tələbə isə bu şərtlərlə tanış olduqdan sonra ölkədə oxumaq fikrindən imtina edir”, - deyərək Elmin Nuri fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri