Icma.az
close
up
RU
Təhsil ekspertindən buraxılış imtahanları ilə bağlı çox vacib TƏKLİF

Təhsil ekspertindən buraxılış imtahanları ilə bağlı çox vacib TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Düşünmürəm ki, əsas problem sualların çətin olmasıdır. Abituriyent nəyi bilirsə, asan, nəyi bilmirsə, çətindir. Amma cəmiyyət olaraq, abituriyentlər və təhsil işçiləri olaraq bir şeyi bilməliyik ki, buraxılış imtahanları qəbul imtahanı deyil".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov buraxılış imtahanlarının formatından danışarkən bildirdi.

"Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarına əsasən, təhsilalanların yekun attestasiyası buraxılış imtahanıdır. Həmin qərara görə, ümumi orta təhsil səviyyəsində 9-cu sinif yekun attestasiya illik qiymətlər əsasında aparılır və şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verirlər. Tam orta təhsil səviyyəsində 11-ci sinifdə illik qiymətlərlə yanaşı, buraxılış imtahanlarının nəticələri də nəzərə alınır. Buraxılış imtahanlarının balları ali məktəblərə qəbul zamanı hesablanır və blok adlanan fənn balları ilə birlikdə toplanır.

İllərdir təklif edirik ki, Dövlət İmtahan Mərkəzinin qrup imtahanı mexanizmi ixtisas üzrə imtahanla əvəz edilsin. Bu, daha məntiqli və ədalətli olardı. Buraxılış imtahanları yekun attestasiya xarakteri daşıyır".

Ekspert qeyd etdi ki, 9-cu sinif buraxılış imtahanında yalnız 9-cu sinif materiallarından, 11-ci sinif buraxılış imtahanında isə yalnız 11-ci sinif materiallarından suallar olmalıdır.

"Bu gün repetitorluğun əsas səbəblərindən biri buraxılış imtahanlarıdır. Çünki 9-cu sinif buraxılış imtahanında 5-9-cu siniflərdə keçirilən bütün materiallardan suallar salınır. Şagird əvvəlki illərdə keçdiyi mövzuları yenidən oxumağa məcbur olduğu üçün repetitor yanına getməli olur. 11-ci sinif buraxılış imtahanında da 5-9-cu sinif materiallarından suallar verilir ki, bu da şagirdlərin əlavə yük altında qalmasına səbəb olur.

Düşünürəm ki, sualların çətin və ya asan olmasından daha çox, imtahanlardakı uyğunsuzluğu müzakirə etməliyik. 11-ci sinif buraxılış imtahanında yalnız 11-ci sinif materiallarından suallar salınmalıdır ki, abituriyentlər əlavə əziyyət çəkməsinlər. Bununla da repetitorluğun genişlənməsinin qarşısı alınar.

Repetitorluq valideynlərin maddi vəsaiti, eləcə də uşaqların fiziki və psixoloji yüklənməsi hesabına həyata keçirilir. Təklif edirəm ki, 9-cu sinif buraxılış imtahanlarında yalnız 9-cu sinifdə keçirilən materiallar, 11-ci sinif buraxılış imtahanlarında isə yalnız 11-ci sinif materialları sual kimi təqdim olunsun. Bu, həm şagirdlərin məktəbə davamiyyətini artıracaq, həm də daha real və ədalətli qiymətləndirmənin aparılmasına şərait yaradacaq", - deyə E.Qafarov vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri