Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Təhsil islahatı sertifikatlaşdırmadan başlamır ​Təhsildə əsas problemi müəllim deyil

Təhsil islahatı sertifikatlaşdırmadan başlamır ​Təhsildə əsas problemi müəllim deyil

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Təhsilimizə yeni inkişaf modeli lazımdır

İlham Əhmədov, dosent

Təhsil islahatı nədir?

Son illər Azərbaycan təhsil siyasətində ən çox istifadə olunan anlayışlardan biri də "islahat"dır. Müxtəlif layihələr, yeni qiymətləndirmə mexanizmləri, kurikulum dəyişiklikləri, müəllimlərin sertifikatlaşdırılması v.s. tədbirlər islahat kimi təqdim olunur. Bunlar islahatdırmı? Ümumən, təhsil islahatı nədir?

İslahat ayrı-ayrı tədbirlərin məcmusu deyil. O, mövcud sistemin fəaliyyət fəlsəfəsini dəyişən, uzunmüddətli strateji məqsədlərə xidmət edən kompleks transformasiya proqramıdır. Beynəlxalq təcrübədə uğurlu təhsil islahatları təsadüfi qərarlar və ya ayrı-ayrı layihələr üzərində deyil, elmi əsaslandırılmış konsepsiyalar, sistemli monitorinq və mərhələli fəaliyyət proqramları üzərində qurulur. Məhz buna görə Finlandiya, Sinqapur, Estoniya, Cənubi Koreya və digər uğurlu ölkələrdə təhsil islahatları onillikləri əhatə edən strateji sənədlər əsasında həyata keçirilmişdir. 

Hər bir islahatın əvvəlində 3 fundamental sual cavablandırılır:

Mövcud sistemin əsas problemləri hansılardır? Gələcəkdə necə bir təhsil sistemi qurmaq istəyirik? Bu məqsədə hansı mərhələlər vasitəsi ilə çatacağıq?

Bu suallar cavablandırılmadan aparılan dəyişikliklər, nə qədər faydalı olsa da, sistemli islahat hesab edilə bilməz.

Təhsil islahatı epizodik tədbirlər toplusu deyil

2026-cı ilin iyununda keçirilən "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" tədbirində Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmanın artıq sistemli təhsil islahatına çevrildiyini qeyd etmişdir. Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafını qiymətləndirmək baxımından mühüm alət ola bilər. Lakin onu bütövlükdə təhsil islahatı kimi təqdim etmək elmi və metodoloji baxımdan mübahisəlidir. Çünki təhsil sistemi çoxkomponentli sosial sistemdir.

Təhsil sisteminin əsas elementləri təhsilin məqsədi, məzmunu, kurikulum, müəllim hazırlığı, məktəb rəhbərliyi, qiymətləndirmə sistemi, maliyyələşmə modeli, idarəetmə mexanizmləri, rəqəmsal transformasiya, valideyn və cəmiyyətlə əməkdaşlıq kimidir. Bu elementlərdən yalnız biri üzərində aparılan dəyişiklik ümumi sistemi transformasiya edə bilməz.

Strateji sual 1: Sertifikatlaşdırma həqiqətən sistemli islahatdırmı?

Nazirin çıxışında səsləndirilən "sertifikatlaşdırma artıq sistemli təhsil islahatına çevrilib" tezisi bir sıra ciddi suallar doğurur. Əgər ölkədə aparılan monitorinqlər və beynəlxalq qiymətləndirmələr məktəb məzunlarının proqram materialının yalnız cüzi bir hissəsini mənimsədiyini göstərirsə (DİM 2026 Hesabatı), onda əsas problem yalnız müəllimin biliyi ilə izah oluna bilməz. 

Belə vəziyyətdə ilk növbədə aşağıdakı suallar araşdırılmalıdır:

Kurikulumun məzmunu müasir tələblərə cavab verirmi? Dərsliklərin keyfiyyəti necədir? Qiymətləndirmə sistemi öyrənməni dəstəkləyirmi? Məktəb idarəetməsi effektivdirmi? Müəllim hazırlığı sistemi yeni çağırışlara uyğundurmu? Təhsilin nəticələri müntəzəm monitorinq olunurmu?

Bu suallara cavab vermədən yalnız müəllimlərin sertifikatlaşdırılmasını əsas islahat kimi təqdim etmək problemin yalnız bir hissəsinə toxunmaq deməkdir. Bu aysberqin görünən tərəfidir, bunu görmək üçün gəmi kapitanı olmağa ehtiyac yoxdur, bunu adi matroslar da görə bilər. Kapitan aysberqin görünməyən, suyun altında olan hissəsini görməlidir, yoxsa, onun idarə etdiyi gəmi “Titanik”in aqibətini yaşaya bilər.

Sertifikatlaşdırma mühüm mexanizmdir, lakin bu sistemli islahatın yalnız bir komponentidir.

Kompleks diaqnostika olmadan kompleks islahat mümkün deyil

Müasir idarəetmədə qəbul olunmuş prinsipə görə, hər bir islahat geniş diaqnostik araşdırma ilə başlamalıdır. Əvvəlcə sistemin vəziyyəti öyrənilir. Sonra problemlər prioritetləşdirilir. Daha sonra strateji proqram hazırlanır. Yalnız bundan sonra konkret tədbirlər həyata keçirilir.

Azərbaycan təhsil sistemində isə belə genişmiqyaslı milli diaqnostik hesabatın və onun əsasında hazırlanmış uzunmüddətli transformasiya proqramının ictimaiyyətə təqdim edildiyi məlum deyil. Kim bunu edəcək, son 10 ildə uğurla çökdürülmüş ARTİ?

Əgər təhsil sistemində kompleks monitorinq aparılmayıbsa, kompleks islahat proqramı da formalaşa bilməz. Bu halda sertifikatlaşdırma nə qədər uğurlu təşkil olunsa da, onun sistemə təsiri məhdud olacaq.

Strateji sual 2: Sertifikatlaşdırma süni intellekt dövrünün çağırışlarına cavab verirmi?

Bu gün dünya tamamilə yeni inkişaf mərhələsinə daxil olur. Süni intellekt artıq yalnız informasiya texnologiyalarının bir istiqaməti deyil. O, iqtisadiyyatın, dövlət idarəçiliyinin və təhsilin əsas transformasiya amilinə çevrilmişdir. Belə şəraitdə universitetlər və məktəblər qarşısında yeni vəzifələr meydana çıxır: Sİ savadlılığı, rəqəmsal etik davranış, yaradıcı düşünmə, problem həll etmə bacarıqları, fənlərarası əməkdaşlıq, məlumatların təhlili, innovasiya mədəniyyəti.

Bu səriştələr XXI əsrin insan kapitalını formalaşdırır. Lakin müəllimlərin sertifikatlaşdırılması mövcud məzmunu ilə bu çağırışları əhatə edirmi?

Əgər sertifikatlaşdırma əsasən fənn biliklərinin və ənənəvi pedaqoji bacarıqların qiymətləndirilməsi üzərində qurulursa, o zaman süni intellekt dövrünün yeni kompetensiyalarını formalaşdırmaq üçün əlavə mexanizmlər tələb olunur.

Təhsil sisteminin əsas problemi müəllim deyil, modeldir

Son illərdə ictimai müzakirələrdə belə bir təsəvvür yaranır ki, təhsilin əsas problemi müəllimlərin peşəkarlığıdır. Şübhəsiz ki, müəllim amili son dərəcə vacibdir. Lakin uğurlu təhsil sistemləri göstərir ki, yüksək nəticə yalnız güclü müəllimlə deyil, güclü təhsil sistemi ilə əldə olunur.

Ən yaxşı müəllim belə zəif kurikulum, köhnəlmiş qiymətləndirmə sistemi, səmərəsiz, səriştəsiz idarəetmə, strateji istiqaməti bəlli olmayan təhsil siyasəti gözlənilən nəticəni təmin edə bilməz. Buna görə də müasir təhsil siyasətində əsas diqqət fərdlərin deyil, sistemin inkişafına yönəldilir.

Altı ildə niyə konseptual inkişaf modeli formalaşmadı?

Əgər bir nazir uzun müddət sistemə rəhbərlik edirsə, onun fəaliyyəti yalnız cari idarəetmə ilə deyil, həm də təqdim etdiyi inkişaf modeli ilə qiymətləndirilir. 

Bu baxımdan ETN bu suallara cavab verməyə hazır olmalıdır:

Azərbaycan məktəbinin 2035 modeli varmı? Gələcəyin müəllim modeli müəyyən edilibmi? Süni intellekt dövrü üçün milli kurikulum konsepsiyası hazırlanıbmı? Tədqiqat məktəbi modeli formalaşdırılıbmı? Milli rəqəmsal təhsil strategiyası qəbul olunubmu? Təhsil sisteminin gələcək inkişafını müəyyən edən konseptual sənəd mövcuddurmu?

Əgər bu sənədlər yoxdursa, həyata keçirilən tədbirlər müəyyən nəticələr versə də, onların vahid strateji məqsədə xidmət etməsi çətinləşir.

Sertifikatlaşdırmadan sistem transformasiyasına

Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş yeni prioritetlər göstərir ki, Azərbaycan artıq rəqəmsal iqtisadiyyat və süni intellekt mərhələsinə daxil olur. Bu şəraitdə təhsil sistemi də yeni inkişaf mərhələsinə keçməlidir.

Növbəti mərhələnin əsas istiqamətləri bunlar ola bilərdi:

"Azərbaycan Təhsili – 2040" strateji konsepsiyasının hazırlanması; Süni İntellekt şəraitində “Milli Təhsil Strategiyası”nın qəbul edilməsi; məktəb və universitetlərin rəqəmsal transformasiya proqramlarının hazırlanması; Sİ əsaslı müəllim hazırlığı modelinin tətbiqi; milli təhsilin monitorinq sisteminin yaradılması; nəticəyönümlü idarəetmə modelinə keçid.

Belə yanaşma sertifikatlaşdırmanı da öz yerinə oturdacaq. O, sistemin özü deyil, sistemli islahatın mühüm alətlərindən biri kimi çıxış edəcək.

Müəllimlərin sertifikatlaşdırılması Azərbaycan təhsil sistemində peşəkarlığın qiymətləndirilməsi baxımından əhəmiyyətli addımdır. Lakin onu bütövlükdə təhsil islahatı kimi təqdim etmək metodoloji baxımdan səhvdir. İslahat dedikdə yalnız müəllimin deyil, bütün təhsil ekosisteminin – məqsədlərin, məzmunun, idarəetmənin, maliyyələşmənin, qiymətləndirmənin, rəqəmsal transformasiyanın və insan kapitalı siyasətinin vahid konsepsiya əsasında yenidən qurulması nəzərdə tutulur.

Bu gün əsas məsələ təhsildə sertifikatlaşdırmanın olub-olmaması deyil. Əsas məsələ onun hansı strateji modelin tərkib hissəsi olmasıdır. Əgər belə model formalaşdırılarsa, sertifikatlaşdırma mühüm nəticələr verə bilər. Əks halda, o, nə qədər uzun müddət davam etsə də, sistemin yalnız bir hissəsini dəyişəcək və təhsilin ümumi keyfiyyətinə təsiri məhdud qalacaq.

XXI əsrdə ölkələrin təhsil sistemləri imtahanların təşkili ilə deyil, gələcəyi necə təsəvvür etdikləri ilə rəqabət aparırlar. Təhsilə belə fəlsəfi-konseptual baxış olmadaan, təhsil millətin gələcəyi ola bilməz.

Azərbaycan təhsilinin əsas vəzifəsi ayrı-ayrı tədbirləri islahat kimi təqdim etmək deyil, rəqəmsal iqtisadiyyat və süni intellekt dövrünün çağırışlarına cavab verən vahid milli təhsil modelini formalaşdırmaqdır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri