Icma.az
close
up
RU
İbtidai təhsildə boşluq yaranarsa, yuxarı təhsil pilləsinə keçiddə davamlılıq problemi yaranır

İbtidai təhsildə boşluq yaranarsa, yuxarı təhsil pilləsinə keçiddə davamlılıq problemi yaranır

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə çıxışı zamanı bildirib ki, keyfiyyətli təhsil birbaşa müəllimlərin peşəkarlığından asılıdır və buna görə müəllimlər üçün tələblər daha yüksək olmalıdır. Nazir qeyd edib ki, bu proses müəyyən çətinliklər yaratsa da, təhsilin inkişafı üçün zəruridir. Onun sözlərinə görə, qarşıdakı illərdə əsas prioritet ibtidai təhsilin keyfiyyətini artırmaqdır. Çünki hazırda şagirdlərin 40–50 faizi ibtidai sinifdən sonra təhsildə davamlılıq problemi yaşayır.

Naziri söylədiyi problemlə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, Elm və Təhsil Nazirliyinin ümumilikdə açıqlamasında qeyd olunan faktlar reallığı əks etdirir.

"Çünki biz əgər daha yüksək təhsil keyfiyyətindən danışırıqsa və ümumiyyətlə başqa ölkələri nümunə gətirərək onların təhsil sistemini daha uğurlu hesab ediriksə, mütləq həmin ölkələrdə mövcud olan təhsil sistemində müsbət məqamlar öz ölkəmizdə də ən azından təsis olunmalıdır. Bunun üçün də biz daha çox strateji təhsil pilləsi olan ibtidai təhsilə marağı artırmalıyıq. Bunun üçün daha çox güclü akademik göstəriciləri, təhsil göstəriciləri yüksək olan peşəkar müəllim kollektivi formalaşdırmalıyıq. Eyni zamanda burda ailələrin də övladlarına verdiyi dəstək mühüm zəruriyyətə çevrilir. Ailələr övladlarında təhsilə qarşı nə qədər maraqlı olarlarsa, bir o qədər də daha uğurlu nəticələri əldə etmək mümkün olar. İbtidai təhsildə boşluq yaranırsa, yuxarı təhsil pilləsinə keçiddə şagirdlər istər dərsə davamiyyət baxımından, istərsə də müvafiq olaraq fənlərə qarşı maraq və meyilləri azalır, nəticə etibarilə onları təhsil prosesindən ümumiyyətlə yayınan görürük. Çoxusu əmək fəaliyyətinə cəlb olunur və yaxud da bəzi hallarda təəssüflər olsun ki, erkən nigaha cəlb olunmağa cəhd göstərilir. Eyni zamanda yuxarı təhsil pilləsinə çatanda da 11-ci sinifi bitirməklə kifayətlənir, təhsillərini istər orta ixtisas və yaxud peşə təhsili istiqaməti, ali təhsil istiqamətində davam etdirmirlər. Ona görə də biz yenə də erkən təhsil pilləsinin üzərində, hansı ki, strateji təhsil pilləsidir, ibtidai təhsil pilləsidir, burada çox dayanmalıyıq, çalışmalıyıq ki, daha uğurlu nəticələr əldə edək. Bunu təmin etdiyimiz zaman, əlbəttə, təhsilin növbəti pillələrində davamlılığı təmin etmək mümkün olacaq", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri