Təhsil müəssisələrində istilik mövsümünə hazırlıq başa çatır
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
AZXEBER.COM xxəbər verir ki, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.
Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.
İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















