Icma.az
close
up
RU
Təhsil hüquqla başlayır, amma müdrikliklə başa çatır...

Təhsil hüquqla başlayır, amma müdrikliklə başa çatır...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər bir xalqın inkişaf yolunda təhsilin xüsusi yeri var. Azərbaycan üçün isə 15 sentyabr – Bilik Günü sadəcə tədris prosesinin başlanğıcı deyil, həm də milli hüquqi sistemin və fəlsəfi düşüncənin bünövrəsini möhkəmləndirən tarixi bir gündür. Bu gün, cəmiyyətin mənəviyyatla və elm sevgisi ilə silahlanmasının rəmzidir.

Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa təhsil almaq hüququnu təmin edir. Bu hüquq yalnız formal bir maddə deyil, dövlətin və cəmiyyətin üzərinə düşən məsuliyyəti də ehtiva edir. 

Təhsil almaq hüququ:

1. Bərabərlik prinsipi ilə – cins, dil, din və sosial vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunur;

2. Dövlətin öhdəliyi ilə – dövlət orta təhsili pulsuz və hamı üçün əlçatan edir;

3. Mədəni suverenliklə – təhsil sistemi milli ənənələri qorumaqla yanaşı, qlobal biliklərə çıxış yaradır.

Beləliklə, Bilik Günü yalnız məktəblərin qapısının açıldığı gün deyil, həm də dövlətin öz vətəndaşlarına verdiyi hüquqi zəmanətin reallığa çevrildiyi tarixdir.

Fəlsəfi baxımdan bilik insan azadlığının əsas açarıdır. Cahil insan asılıdır, biliyə sahib olan isə müstəqildir. Bilik insana yalnız faktları deyil, həm də seçim etmə gücünü verir.

Sokrat deyirdi: “Bilik xeyirdir, cəhalət isə şərdir”. Bu baxışdan, 15 sentyabr cəmiyyət üçün xeyir yolunun başlanğıcıdır. Çünki hər yeni tədris ili milyonlarla şagirdin həyatına yeni üfüqlər açır, onları gələcəkdə həm öz hüquqlarını müdafiə etməyə, həm də başqalarının hüquqlarına hörmətlə yanaşmağa hazırlayır.

Bilik yalnız fərdi yüksəltmir, həm də ictimai harmoniyanı yaradır. Çünki savadlı insan fərqli düşüncələrə dözümlü, ədalətə yaxın, dialoqa açıqdır. 

Hüquq bizə deyir ki, təhsil almaq hüququmuz var.

Fəlsəfə isə deyir ki, təhsil almaq borcumuz da var – özümüzə, ailəmizə və vətənimizə qarşı.

Beləliklə, 15 sentyabr həm hüquqi təminat, həm də mənəvi öhdəlik günü kimi qəbul edilməlidir.

15 sentyabr – cəmiyyətin gələcəyi üçün ədalətin və azadlığın məktəb qapısından girdiyi gündür.

Bilik Günü yalnız təhsil ilinin başlanğıcı deyil, həm də hüquqi dövlətin və fəlsəfi cəmiyyətin dirçəliş günüdür. Bu gün biz xatırlayırıq ki, təhsil sadəcə bir hüquq deyil, həm də insan ləyaqətinin ən ali təzahürüdür.

David Seliverstov - Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Assosasiyasının Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri