Təhsil Tələbə Krediti Fondu 2025 2026 cı tədris ili üzrə ali məktəblərə qəbul olunanlara müraciət edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu 2025-2026-cı tədris ili üzrə ali məktəblərə qəbul olunanlara müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
“Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün avqustun 28-dən sentyabrın 8-dək “portal.edu.az” platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Bildiririk ki, bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb. TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisimizə yaxınlaşaraq əməkdaşlarımızdan dəstək ala bilərlər.
Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün Fondun çağrı mərkəzi (146-5), WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir.
Yeni tədris ilində sizə bol uğurlar, yüksək nailiyyətlər və məqsədlərinizə çatmaqda əzmkarlıq arzulayırıq!
Qeydiyyat linki: www.e-ttkf.edu.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 28 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















