Təhsil Tələbə Krediti Fondu beynəlxalq sertifikata layiq görüldü FOTO
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
2025-ci il 1-3 dekabr tarixlərində London şəhərində Quacquarelli Symonds (QS) şirkətinin "QS Reimagine Education 2025" konfransı keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirin əsas məqsədi təhsildə innovasiyalar, süni intellektin tətbiqi, inklüzivlik və məzun məşğulluğu kimi aktual istiqamətlərin müzakirəsi, həmçinin ali təhsildə yenilikçi strategiyaların təşviq edilməsi olub.
Təhsil Tələbə Krediti Fondu (TTKF) "QS Reimagine Education 2025" konfransında beynəlxalq sertifikat ilə təltif olunub. Sertifikat QS şirkətinin prezidenti Nunzio Quacquarelli tərəfindən təqdim edilib.
Tədbirdə ölkəmizi təmsil edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti ilə yanaşı Təhsil Tələbə Krediti Fondu nümayəndələri də iştirak edib.
Konfrans çərçivəsində təhsil sahəsində qlobal innovasiyaların dəstəklənməsi məqsədilə müxtəlif nominasiyalar üzrə layihələrin mükafatlandırılması keçirilib. Təhsil Tələbə Krediti Fondu innovativ fəaliyyətinə görə "QS Reimagine Education" tanınma sertifikatı ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















