Icma.az
close
up
RU
Təhsil Tələbə Krediti Fondu 5 YAŞINDA

Təhsil Tələbə Krediti Fondu 5 YAŞINDA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2021-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 1367 nömrəli Fərmanla yaradılan Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fond ölkədə təhsilə əlçatanlığı və təhsildə bərabər imkanları təmin edən mühüm mexanizmlərindən biridir.
Redaktor.az
xəbər verir ki, Fondun əsas missiyası sosial baxımdan həssas əhali qrupuna aid ailələri təmsil edən təhsil almaq arzusunda olan gənclərin bütün təhsil səviyyələrinə çıxış imkanlarını təmin etməkdir. Bu məqsədlə həyata keçirdiyi fəaliyyət nəticəsində Fond minlərlə tələbənin təhsil haqqı maliyyələşdirmiş, yüzlərlə ailənin maddi yükünü azaltmış, ölkənin kadr potensialının formalaşmasına mühüm töhfə verib.
Təhsil müddəti ərzində kreditlərin geri ödənişinin tələb olunmaması tələbələrə diqqəti yalnız təhsil prosesinə və akademik nəticələrə yönəlməyə imkan verir. Mövcud qaydalara əsasən yüksək akademik göstəricilərə malik tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması mexanizmi tətbiq edilir. Bu günədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələr üçün ümumilikdə 766 min manatdan artıq vəsait bağışlanıb.
Fondun fəaliyyətə başladığı tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricisi hesab olunur.
Rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.
Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür. Kredit müqavilələrinin 64 faizi qadın, 36 faizi isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.
Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənmiş, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artıq sığorta məbləği.
Fondun fəaliyyət istiqamətlərindən biri də təhsil tələbə kreditləri barədə ictimai məlumatlılığın artırılmasıdır. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Fondun fəaliyyətə başladığı gündən etibarən təşkil olunan görüşlərdə ümumilikdə 100 mindən çox şagird, abituriyent, tələbə, valideyn və müəllim-pedaqoji heyət iştirak edib.

Eyni zamanda Fond tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərən layihələr həyata keçirib. Beş il ərzində 35 Anlaşma Memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.
Fondun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondu 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşması ilə "QS Reimagine Education" beynəlxalq tanınma sertifikatına layiq görülüb. Təhsil innovasiyaları sahəsində dünyanın nüfuzlu tanınma mexanizmlərindən biri hesab olunan bu sertifikat Fondun fəaliyyət modelinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.
Bu gün Təhsil Tələbə Krediti Fondunun 5 illik fəaliyyəti 84 mindən çox təhsil tələbə krediti müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi, 100 mindən çox maarifləndirmə tədbiri iştirakçısı və beynəlxalq səviyyədə əldə olunmuş uğurlarla xarakterizə olunur. Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, minlərlə gəncin təhsil arzularının gerçəkləşməsinin ifadəsidir.
Fondun gələcək fəaliyyətində də təhsilə əlçatanlığın daha da genişləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və tələbə məmnuniyyətinin artırılması prioritet istiqamətlər olaraq qalacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri