Icma.az
close
up
RU
Təhsil yalnız imtahan nəticəsi deyil Ceyhun Məmmədov

Təhsil yalnız imtahan nəticəsi deyil Ceyhun Məmmədov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yenidən magistraturaya qəbul imtahanının iyunun 14-də keçirilməsi ilə bağlı qəbul olunan qərarı doğru, həssas və ədalətli yanaşma hesab edirəm. Çünki mayın 17-də müşahidə olunan ağır hava şəraiti, intensiv yağışlar və nəqliyyat sistemində yaranmış ciddi çətinliklər səbəbindən bəzi bakalavrlar imtahan mərkəzlərinə vaxtında çata bilməyiblər. Bu hal onların hazırlıq səviyyəsi və biliyi ilə deyil, tamamilə fors-major vəziyyətlə bağlı idi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov feysbuk hesabında yazıb.

"Hesab edirəm ki, belə məqamlarda əsas prinsip gənclərin hüquqlarının qorunması və hər kəs üçün bərabər imkanların təmin edilməsidir. Aylarla imtahana hazırlaşan bir gəncin yalnız hava şəraiti və ya nəqliyyat problemi səbəbindən öz biliyini nümayiş etdirə bilməməsi onun gələcəyinə mənfi təsir etməməlidir.

Dünya təcrübəsində də buna bənzər hallarla tez-tez qarşılaşılır. Müxtəlif ölkələrdə qasırğa, qar fırtınası, sel, zəlzələ, pandemiya və digər fövqəladə hallar səbəbindən imtahanların təxirə salınması və ya yenidən təşkili praktikası tətbiq olunub. ABŞ və Avropa ölkələrində hava şəraiti ilə əlaqədar qəbul imtahanlarının tarixinin dəyişdirilməsi artıq normal və qəbul edilmiş yanaşmalardan biri hesab olunur.

Xüsusilə COVID-19 pandemiyası dövründə bir çox beynəlxalq imtahan proqramları ya ləğv edildi, ya da alternativ qiymətləndirmə mexanizmləri tətbiq olundu. Bir sıra ölkələrdə isə fövqəladə şərait nəzərə alınaraq şagird və tələbələr üçün əlavə imtahan günləri ayrıldı. Bu yanaşmaların əsas məqsədi gənclərin hüquqlarının qorunması və onların gələcəyinin təsadüfi amillərdən asılı vəziyyətə düşməsinin qarşısını almaq idi.

Bu baxımdan iyunun 14-nə təyin olunan əlavə imtahan qərarı həm humanist yanaşmanın, həm sosial ədalət prinsipinin, həm də dövlətin gənclərin təhsil hüququna həssas münasibətinin nümunəsidir. Belə qərarlar cəmiyyətdə etimadı gücləndirir və göstərir ki, əsas məqsəd formal prosedur deyil, obyektiv və ədalətli qiymətləndirmənin təmin olunmasıdır.

Düşünürəm ki, gənclərin təhsil və gələcək imkanları ilə bağlı məsələlərdə çevik, anlayışlı və məsuliyyətli yanaşma nümayiş etdirmək olduqca vacibdir. Çünki təhsil yalnız imtahan nəticəsi deyil, eyni zamanda insan kapitalının formalaşması və ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayədir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri