“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub.
Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib.
Maarifləndirmə tədbirlərində insan alveri, erkən nikahların hüquqi və sosial aspektləri, ictimai qayda pozuntuları və inzibati məsuliyyət, bullinq və ictimai təzyiq, həmçinin narkomaniya ilə mübarizə mövzularına toxunulub. Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, hüquq və vəzifələri barədə məlumatlılığını yüksəltmək, onlarda hüquq mədəniyyətini formalaşdırmaq və hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri haqqında biliklərini genişləndirməkdir. Eyni zamanda, təşəbbüsün gənclərdə vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişafına töhfə verməsi nəzərdə tutulur.
Cari ilin may ayından həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərədək təhsilalan iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 14 Oktyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















