Icma.az
close
up
RU
Təhsildə ciddi fəsad: şagirdlər niyə bu qədər yüklənir?

Təhsildə ciddi fəsad: şagirdlər niyə bu qədər yüklənir?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Təhsil sahəsində olan problemlər onu göstərir ki, bu sahəyə aid olmayan insanların funksional vəzifələrə gətirilməsi ciddi fəsadlara yol açır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov məktəblərdə dərs yükünün ağır olması ilə bağlı şərh verərkən deyib.

“Məktəblərdə şagirdlərin yaş dövrünə uyğun olaraq verilən dərs yükü ağırdır. Xüsusilə ibtidai siniflərdə xarici dil və informatika fənlərinin salınmasının hansı məqsəd daşıdığını biz mütəxəssislər də müəyyən edə bilmirik.

Tədris planı daha çox ağır və yorucu yox, motivasiyaedici olmalıdır. Həmçinin dərs miqdarının çox olması bilik və bacarıqların daha çox əldə ediləcəyi mənasına gəlmir. Dərs yükünün çox olması şagird, müəllim və valideynlər arasında dərslərin birinci, ikinci və üçüncü dərəcəli kateqoriyalara bölünməsinə gətirib çıxarır ki, bu da düzgün yanaşma deyil. Ümumiyyətlə, ümumitəhsil məktəblərində tədris planı ilə bağlı ciddi islahatlara ehtiyac var.Ən böyük problem isə odur ki, 29 sentyabr 2020-ci il tarixində Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında qərarı çıxmışdı, amma dövlət standartlarına uyğun olaraq təhsil proqramlarının hamısı tam təsdiq olunmayıb. Yəni bu dərsliklərin və fənlərin nəyin əsasında həyata keçirildiyi sual yaradır”, - o bildirib.

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti yalnız imtahan, təlim və layihələrin həyata keçirilməsi ilə bağlıdır:

“Təhsilin məzmunu və təhsil müəssisələrinin tərbiyə prosesi kənarda qalıb.

Qeyd edim ki, bu gün yalançı təlimçilər ordusu yaranıb. Həmin təlimçilərin öndə olması isə çox ciddi fəsadlara gətirib çıxarır. Ona görə də təhsil sahəsində ciddi addımlar atılmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri