Icma.az
close
up
RU
Şagirdlər məktəbi niyə dağıdır?

Şagirdlər məktəbi niyə dağıdır?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Orta məktəblərdə şagirdlərin dərsi pozması, müəllimlə dava-dalaşı, özbaşınalıqları barədə perioidk olaraq video görünütlər paylaşılır. 

Hamı da narazılıq edir. “Məktəb dağılır” deyə haray çəkirlər. 

12 -15 yaşlı uşaqların belə arxayın şəkildə dərsi pozaraq müəllimi “cin atına” mindirməsi sıradan bir məsələ deyil.

Bu əhval bütün orta məktəblərdə var. Şuluqçu uşaqlar aqressiv narsisə çevrilmiş liderlərinə beyət edərək dağıdıcı və “ipə-sapa yatmaz” balaca “yırtıcılara” çevrilir.

Nə baş verir?

Hər gün başlarını sığallıyb, köynəyini düymələyib quzu balası kimi məktəbə yola salınan uşaqlar necə olur ki, sinifdə müəllimi ələ salmağa, dərsi dağıtmağa, şəxsi “eqo”sunu vaxtsız nümayiş etdirməyə cəhd edir?

Məktəb nə üçün uşaqlara maraqlı deyil?

Dərs oxumaq niyə ağır yükə çevrilib?

Müəllimlərlə uşaqlar arasında nə baş verir? Etimad zənciri niyə dağılır?

Harda səhv edirik? Nəyi görə bilmirik? Uşaqlar bizə məxsudur, yoxsa zəmanəyə?

Sovet məktəbində idarəçilik asan və…məsuliyyətli idi. İdeoloji ştamp altında olan məktəbli oktyabyatdan, pionerdən ta komsomola qədər ictimai “lupa” altında böyüyürdü. “Oxuyanlar”ın gələcək karyerası bu ştamplara necə doğru əməl edəcəyindən asılı idi.

İndi bu yoxdur.

“Məktəb” anlayışı format olunmalıdır. Məktəb idarəçiliyi brukorat pedaqoji məmuriyyətin ordan-burdan köçürülmuş, kağızda yazılmış qaydaları ilə mümkün deyil.

Təhsil idarəçilyinin yeni forması tapılmalıdır.

Uşaqlar yaşadıqları ailələrin güzgüsüdür. İndiki zamanda sosial problemlər içində boğulan ailələr üçün övladının təhsilini izləməsi çox çətin bir işə çevrilib.

İndi təhsil bahalı məşğuliyyətdir.

Repitetor sistemi məktəbi “ağlara və qaralara” bölüb. Hazırlığa gedən uşaqlar üçün məktəb anlayışı müqəddəsliyini itirir. Onlar oxuduqları siniflərdə baş verənlərə sanki televizordan baxırmışlar kimi seyr edirlər. Kollektiv məsuliyyət, sinif lideri, yaxşı oxuyanların söz sahibliyi, müəllim-şagird etimadı dağılıb. “Tez çıxım, hazırlığa çatmalıyam” fikri əzici aktuallığa çevrilib. Bilikləri siniflərdə almalı, bu divarlar arasında oxumalı, öyrənməli, məktəbin fəxri, müəllimin gözünün işiğı olası uşaqlar öz müəllimlərinin deyil, repitetorların yanında oturur.

Bu uşaqların valideynləri üçün məktəb və onun necə idarə olunması maraqlı deyil. Çünki uşağı biliyi orada öyrənmir. Onlar üçün məktəb-valideyn əlaqəsi bayram “paket”lərindən, “görüm-baxım”ın lənətlənmiş çevrəsi ilə qapanıb.

Qarşılqılı məsuliyyət və öhdəliklər yoxdur.

Siniflərə isə “qaralar” -oxumağa gücü çatmayan, oxuya bilməyən, buna idrakı da imkan verməyən uşaqlar liderlk edir. Müəllimlərin baş bəlası da onlardır.

Müəllimlər, direktorlar yer-göy birləşsə də onlarla bacara bilməyəcəklər. Çünki onlarla rabitə qırılıb.

Təhsilin idarə edilməsi Spinozadan, Uşinskidən gözəl sitatlar gətirməklə olmur.

Məktəb idarəçiliyi format olunmalıdır.

Məktəbi uşaqlar üçün cazibədar, “həyat yolunun” başlandığı yerə çevirmək lazımdır.

Bunun üçün ailə-məktəb arasında qarşılqılı öhdəliyi müəyyən edən sistem qurulmalıdır.

Bura direktor və müəllim əməyi ilə yaradılmış “sevimli məktəbimiz” formatı, nadinc və periodik olaraq oxumayan uşaqların ailəsinə xəbərdarlıqdan tutmuş uşağın məktəbdən çıxarıla biləcəyinə qədər qarşılıqlı məsuliyyət zəncirini nəzərdə tutan sistem qurulmalıdır.

Ərazi polis idarələrinin, “uçaskovı”ların, yeniyetmələrlə iş üzrə inspektorların məktəblə, ailələrlə koordinasiyası yenilənməlidir.

Məktəbdə kişi müəllimlərin sayının heç olmasa yarıya çatdırılması üün stimullaşdırıcı proses yaradılmalıdır.

İdarəçilik menecmentini bilən yeni kadrlara, pedaqoqlara ciddi ehtiyac var.

..İnsan təbiəti elədir ki, xaosa, qiyama fürsət verəcək “boş yerləri” tez anlaya bilir.

Uşaqlarımız təhsildə belə “boş sahələri” bizdən tez görə biliblər.

Xaqani SƏFƏROĞLU 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see663

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see324

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see299

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see275

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see273

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see247

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see230

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see229

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see228

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see219

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see184

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see179

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see175

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see174

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see168

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see167

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see166

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see151

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri