Icma.az
close
up
RU
Təhsildə dəyişiklik siqnalları: kadr problemləri agentliklərə təsir edir

Təhsildə dəyişiklik siqnalları: kadr problemləri agentliklərə təsir edir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Azərbaycanda təhsil islahatları mərhələli şəkildə aparılır. İdarəçilikdə optimallaşdırma və resursların səmərəli bölüşdürülməsi hökumətin gündəmindədir. Bu baxımdan, müxtəlif agentliklərin birləşdirilməsi variant kimi nəzərdən keçirilə bilər.
Bunu Modern.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, peşə təhsili ilə ali təhsilin idarəçiliyi mahiyyət etibarilə fərqlidir:
“Ali təhsil akademik və elmi istiqamətə daha çox bağlıdır, peşə təhsili isə əmək bazarı, istehsal və texniki sahələrlə sıx əlaqədədir. Ona görə də birləşmə olsa belə, struktur daxilində xüsusi bölmələrin müstəqilliyi saxlanmalıdır”.
Deputat qeyd edib ki, birləşmə baş verərsə, bunun təhsil sisteminə həm müsbət, həm də mənfi təsirləri ola bilər:
“Müsbət tərəfdən idarəetmə daha da mərkəzləşə, koordinasiya güclənə, resurslardan daha rasional istifadə oluna bilər. Həmçinin ali təhsil və peşə təhsili arasında keçid mexanizmləri daha çevik formalaşa bilər.
Mənfi tərəfdən isə risk var ki, peşə təhsili ali təhsil qurumlarının kölgəsində qalsın. Çünki ictimai rəy və prioritetlər çox zaman ali təhsil üzərində qurulur. Bu halda peşə təhsilinin inkişafı arxa plana keçə bilər. Bu da əmək bazarının real ehtiyaclarına ziddir”.
Elçin Mirzəbəyli əlavə edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir - peşə təhsili ayrıca diqqət tələb edən sahədir:
“İqtisadiyyatın dayanıqlılığı, sənaye və xidmət sektorunun keyfiyyətli kadr təminatı əsasən peşə təhsili üzərində qurulur. Bu sahənin inkişafı həm gənclərin işsizliyinin qarşısını alır, həm də orta ixtisaslı mütəxəssislərə olan tələbatı ödəyir. Ona görə də peşə təhsili yalnız ali təhsilə əlavə kimi deyil, strateji istiqamət kimi dəyərləndirilməlidir”.
Sonda E. Mirzəbəyli vurğulayıb ki, belə bir birləşmə mümkündür, lakin onun uğurlu olması üçün peşə təhsilinin ayrıca idarəçilik mexanizmi, resursları və prioritetləri qorunmalıdır:
“Əks halda, struktur islahatı nəticə vermək əvəzinə, əks effekt doğura bilər”.

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, Elm və Təhsil Naziriliyinin əsasnamasi və strukturunun müəyyən edilməsi ölkə Prezidentinin 24 iyul 2023 tarixli müvafiq fərmanı ilə müəyyən olunur. Həmin fərmanda Elm və Təhsil Nazirliyinin strukturu dörd agentliklə müəyyən olunub. Bu agentliklərin birləşdirilməsi hazırda müzakirə mövzusu deyil. 

“Agentliklərin fəaliyyətlərinə nəzarət etsək, onların fəaliyyətində çox ciddi maliyyə, idarəetmə problemləri görə bilərik. Bunun əsas səbəbi təhsillə bağlı olmayan insanların funkisanal vəzifələrə gətirilməsidir. Burada Elm və Ali Təhsil üzrə Dövlət  Agentliyini qismən istinad edə bilərik”. 
O qeyd edib ki, agentliklərdə təhsilə aid olmayan insanların funkisional vəzifələrə gətirilməsi o agentliklərin ləğv olunması mənasına gəlmir:
“Ümumilikdə bizim təhsil sistemimizdə kadr problemi var. Təhsillə bu sahəyə bağlı olan insanlar məşğul olmalıdırlar. Nə qədər ki biz bu sahəyə biznes gözündə baxırıq, problemlərlə rastlaşacağıq. Eyni vəziyyət Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyində də var. Peşə təhsil sisteminə isə xüsusi diqqət ayrılmalıdır. Bu dünyanın hər yerində belədir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri