Icma.az
close
up
RU
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 54-ü (3 faiz) “Ümumi təhsil müəssisələri”, 1498-i (97 faiz) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1516 (98 faiz) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı (3 faiz) ümumi təhsil müəssisələrinin, 214-ü (97 faiz) isə təhsilverənlərin fərdi layihələridir.

Qrant qazanmış iştirakçılardan 157-si (71 faiz) ilk dəfədir ki bu müsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt daxildir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see4297

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see352

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see261

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see146

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see144

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see142

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see141

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see134

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see133

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see131

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see130

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see129

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see125

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see122

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see121

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see119

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see119

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see119

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see118

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri