Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Təhsilə 5,4 milyard manat repetitor asılılığı nə vaxt bitəcək?

Təhsilə 5,4 milyard manat repetitor asılılığı nə vaxt bitəcək?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Ekspert deyir ki, məktəb şagirdə qəbul imtahanına hazırlaşmaq üçün yetərli bilik vermir...

2027-ci il dövlət büdcəsində təhsil və elm sahəsinə 5,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, büdcə xərclərinin 12,6 faizini təşkil edir və 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat çoxdur. İlk baxışdan bu rəqəmlər təhsil sahəsinə dövlət dəstəyinin artdığını göstərir. Lakin məsələnin başqa, daha vacib tərəfi də var: ayrılan milyardlar təhsilin keyfiyyətində hansı dəyişiklikləri yaradacaq?

Təhsil yalnız məktəb binalarının tikilməsi, sinif otaqlarının təmiri və müəllimlərin əməkhaqqının ödənilməsi demək deyil. Əsas məqsəd müasir biliklərə yiyələnən, rəqabətədavamlı, yaradıcı düşünən və əmək bazarının tələblərinə cavab verən nəsil yetişdirməkdir. Büdcə vəsaitlərinin səmərəliliyi də məhz bu nəticələrlə ölçülməlidir.

Lakin burada diqqət çəkən məqam odur ki, maliyyələşmənin artması avtomatik olaraq təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil. OECD-nin 2025-ci il PISA nəticələri də bu sahədə ciddi çağırışların qaldığını göstərir. Azərbaycanlı 15 yaşlı şagirdlərin riyaziyyat üzrə orta nəticəsi 422, təbiət elmləri üzrə 409, oxu bacarıqları üzrə isə 365 bal təşkil edib. Bu göstəricilər OECD ölkələrinin orta nəticələrindən aşağıdır.

Digər mühüm məsələ müəllimlərin sosial vəziyyətidir. Təhsilin keyfiyyətini yüksəltmək üçün müəllimin nüfuzu, əməkhaqqı, peşəkarlığı və iş şəraiti əsas şərtlərdəndir. Eyni zamanda region məktəblərindəki infrastruktur problemləri, kənd yerlərində təhsilə çıxış imkanları və repetitorluqdan asılılığın azaldılması da diqqətdə saxlanılmalıdır.

Elm sahəsinə ayrılan vəsaitlərin istifadəsi də ayrıca müzakirə mövzusudur. Elmi tədqiqatların maliyyələşdirilməsi, universitetlərin laboratoriya imkanlarının genişləndirilməsi, gənc alimlərin stimullaşdırılması və elmi nəticələrin iqtisadiyyata tətbiqi prioritet olmalıdır. Çünki elmə ayrılan pul yalnız elmi müəssisələrin saxlanmasına deyil, ölkənin gələcək texnoloji və iqtisadi potensialının yaradılmasına xidmət etməlidir.

Bir məqamı da unutmaq olmaz: 5,4 milyard manat təhsil və elmin gələcəyinə qoyulan investisiya kimi qiymətləndirilməlidir. Bu vəsaitin hansı istiqamətlərə xərcləndiyi, hansı nəticələr verdiyi barədə ictimaiyyətə açıq və ölçülə bilən hesabatlar təqdim olunmalıdır.

Nəticə etibarilə, Azərbaycanın təhsil siyasətində əsas hədəf ayrılan vəsaitin həcmini artırmaqla yanaşı, hər manatın real nəticəsini təmin etmək olmalıdır. Çünki ölkənin gələcək iqtisadi gücü, rəqabət qabiliyyəti və intellektual potensialı birbaşa bugünkü məktəblərdə və universitetlərdə yetişən nəslin bilik səviyyəsindən asılıdır.

Təhsilə 5,4 milyard manat ayrılması mühüm maliyyə göstəricisidir. Amma cəmiyyətin gözləntisi büdcədəki rəqəmlərin deyil, məktəblərdəki təhsilin keyfiyyətinin artmasıdır.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “2027-ci il dövlət büdcəsi layihəsində təhsil və elm sahəsinə 5,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da ümumi büdcə xərclərinin 12,6 faizinə və ÜDM-in təxminən 3,8 faizinə bərabərdir. 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat, 2023-2027-ci illər üzrə ortamüddətli dövrdə isə ümumilikdə 1 milyard manat artım müşahidə olunur. Bu makro-maliyyə göstəriciləri dövlətin insan kapitalının inkişafını strateji prioritet kimi müəyyənləşdirdiyini təsdiqləyir. Lakin təhsil iqtisadiyyatı və pedaqoji menecment baxımından əsas sual maliyyənin həcmi deyil, onun institusional səmərəliliyidir: ayrılan milyardlar sinif otaqlarında real keyfiyyət dəyişikliyi yaradacaqmı və cəmiyyəti uzun illərdir sosial-iqtisadi yük altında saxlayan repetitor asılılığı nə zaman sona çatacaq?”

İlqar Orucova görə, 2027-ci il büdcəsindən ayrılan 5,4 milyard manatlıq vəsaitin repetitor asılılığını azaltması üçün beş əsas struktur islahatı qaçılmazdır: “İlk növbədə, milli kurikulumlar və dərsliklər DİM-in qiymətləndirmə metodologiyası, eləcə də beynəlxalq imtahan standartları ilə tam uzlaşdırılmalı, tədris prosesi ilə imtahan mexanizmi arasında vahid metodoloji körpü qurulmalıdır. İkincisi, tamştatlı müəllim modeli tam tətbiq edilməli, yüksək maaş alan müəllim günün ikinci yarısında məktəbdə qalaraq zəif və ya abituriyent şagirdlərlə ödənişsiz əlavə məşğələlər aparmalıdır. Üçüncüsü, yuxarı siniflərdə təmayülləşmə dərinləşdirilməli, X və XI siniflərdə 15-16 fənnin səthi tədrisi əvəzinə şagirdin seçdiyi ixtisas qrupuna uyğun əsas fənlər üzrə dərinləşdirilmiş akademik proqram tətbiq olunmalıdır. Dördüncüsü, ali məktəblərə qəbul zamanı şagirdin məktəbdəki 11 illik akademik portfeli və layihə fəaliyyətləri də müəyyən çəkiyə malik olmalıdır ki, məktəbdaxili qiymətləndirməyə etibar bərpa edilsin. Beşincisi isə büdcədən ayrılan vəsait hesabına hər bir şagird üçün ödənişsiz, interaktiv və qəbul imtahanlarının standartlarına tam cavab verən vahid milli rəqəmsal hazırlıq platforması istifadəyə verilməlidir.

Bütün bu struktur mexanizmlərlə yanaşı, keyfiyyətli təhsilin üç fundamental sütunu olan keyfiyyətli müəllim, keyfiyyətli dərslik və keyfiyyətli məzmun üçbucağının yaradılması həlledici əhəmiyyət daşıyır".

 

Müsahibimiz vurğulayır ki, son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən məzmunun yenilənməsi, dərslik siyasətinin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində müəyyən işlərə başlanılsa da, sinif otaqlarında arzuolunan sistemli nəticə əldə edilməyib: “Müasir dövrdə repetitorluq həm də bu boşluqlardan yaranan "sosial sığorta" psixologiyasının və valideyn-məktəb etimad böhranının nəticəsidir. Bu etimadı bərpa etmək üçün ayrılan maliyyə resurslarının mühüm bir hissəsi pedaqoji kadrların universitet mərhələsindən başlayaraq yenidən hazırlanmasına, dərsliklərin elmi-metodoloji cəhətdən sadə və anlaşıqlı dilə gətirilməsinə, eləcə də məzmunun real həyat bacarıqları ilə zənginləşdirilməsinə yönəldilməlidir. Yalnız yüksək akademik hazırlığa malik müəllim korpusu, keyfiyyətli tədris resursları və şəffaf məktəbdaxili qiymətləndirmə sistemi yaradıldıqda valideynlər övladlarının gələcəyini əlavə maliyyə yükü hesabına kənar hazırlıq kurslarına deyil, birbaşa dövlət məktəbinə etibar edəcəklər.

Hesab edirəm ki, dövlət büdcəsindən təhsilə ayrılan 5,4 milyard manatlıq maliyyə resursu ölkənin gələcək intellektual təhlükəsizliyinə qoyulan mühüm sərmayədir. Maliyyə artımı vacibdir, amma o, qeyd olunan problemin həllində yeganə vasitə deyil və ola da bilməz. Yəni maliyyə artımı öz-özlüyündə keyfiyyət zəmanəti deyil. Nə qədər ki, orta məktəb şagirdin ali məktəbə qəbul olmaq üçün ehtiyac duyduğu bilik və bacarığı öz divarları arasında verə bilmir, valideynlərin repetitorlara üz tutması birmənalı olaraq qaçılmaz olacaq və heç bir inzibati qadağa repetitorluqla mübarizə apara bilməz. Sərt qadağalar və inzibati təzyiqlər bu fəaliyyəti zahirən məhdudlaşdırsa belə, uduzan tərəf yekunda cəmiyyət olacaq. Çünki repetitorluğa şərait yaradan faktor var və problem birmənalı olaraq məktəblərdəki təhsilin keyfiyyətsizliyindən qaynaqlanır; bu, məktəbin nüfuzunu zəiflətməklə yanaşı, həm də ciddi şəkildə zədələyir. Dövlət məktəbi bazardakı fərdi müəllimdən daha keyfiyyətli, daha sistemli və daha əlçatan təhsil xidməti təqdim edə biləcəyi halda repetitor asılılığı aradan qalxacaq. Bu isə maliyyənin sadəcə binalara və maaşlara deyil, məktəbdaxili akademik mühitin, kurikulum-qiymətləndirmə uyğunlaşmasının və pedaqoji idarəetmənin yenidən qurulmasına yönəldilməsi ilə mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri