Icma.az
close
up
RU
Azərbaycan Dövlətinin Milli Müstəqilliyinin bərpası: Tarixin qürur zirvəsi və dövlətçilik irsi

Azərbaycan Dövlətinin Milli Müstəqilliyinin bərpası: Tarixin qürur zirvəsi və dövlətçilik irsi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü, xalqımızın əsrlər boyu azadlıq və suverenlik uğrunda apardığı mübarizənin, milli ruhun və dövlətçilik ideallarının təntənəsidir.

Bu gün Azərbaycan Respublikası öz tarixində həm müstəqilliyini yenidən bərpa etmiş, həm də onu qoruyub inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində müasir, güclü, nüfuzlu dövlətə çevrilmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız öz azad iradəsini birmənalı şəkildə ortaya qoydu. Lakin bu sənədin arxasında asan və sabit yol yox idi. Həmin illər ölkədə siyasi xaos, iqtisadi böhran, separatizm cəhdləri, xarici təsirlər hökm sürürdü.

Müstəqillik bərpa olunsa da, onu qorumaq və möhkəmləndirmək üçün dərin dövlətçilik təcrübəsinə, güclü liderliyə və milli həmrəyliyə ehtiyac var idi. Azərbaycan bu ehtiyacını tarix səhnəsinə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev şəxsiyyətində tapdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini yalnız siyasi fakt kimi deyil, xalqın mənəvi dirçəlişi, milli özünü dərk və dövlətçilik ideologiyasının əsas dayağı kimi dəyərləndirirdi. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, Azərbaycan tarixində müstəqilliyin qorunması və dövlətin yenidən qurulması mərhələsinin başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, dövlət institutlarını bərpa etdi, Konstitusiya, ordu, iqtisadi islahatlar, xarici siyasət kimi əsas sütunları formalaşdırdı. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqilliyin hüquqi təminatını və dövlətin gələcək inkişaf modelini müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrini milli dövlətin dayağına çevirdi. O, ordu quruculuğuna yalnız hərbi deyil, mənəvi və ideoloji məsələ kimi yanaşırdı. “Müstəqil dövlətin ən böyük təminatı onun ordusudur.” Bu siyasətin nəticəsində Azərbaycan ordusu formalaşdı, ölkənin suverenliyi möhkəmləndi, Vətənə sədaqət prinsipi ordunun əsas mənəvi dayağına çevrildi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin uzaq görən neft strategiyası sayəsində ölkə qlobal enerji xəritəsinə daxil edildi, xarici sərmayə axını təmin olundu, iqtisadi sabitlik bərqərar edildi. Bu müqavilə təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyin təminat sənədi idi. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandı və milli maraqlarını qorumaq gücünə sahib oldu.

Ulu Öndər Azərbaycanın xarici siyasətini “milli maraqlar üzərində qurulan balanslı diplomatiya” prinsipi ilə formalaşdırdı. Həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər quruldu, Azərbaycan beynəlxalq təşkilatlarda layiqli yerini aldı.

Bu dövrdə dövlət müstəqilliyinin qorunması yalnız daxili sabitlik deyil, həm də beynəlxalq legitimlik məsələsi idi. Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan müstəqil qərar qəbul edən, regional gücə çevrilən dövlət kimi tanındı.

Cənab Prezident İlham Əliyev – müstəqilliyi qələbə və inkişafla taclandıran lider

2003-cü ildə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, müstəqilliyin qorunması və möhkəmləndirilməsi siyasəti yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin dövrü, müstəqilliyin güclənməsi, ərazi bütövlüyünün bərpası və beynəlxalq nüfuzun zirvəyə yüksəlməsi dövrü kimi tarixə düşdü. Cənab İlham Əliyev dövlət siyasətini “müstəqil siyasət aparmaq, müstəqil olmaq deməkdir” prinsipi ilə həyata keçirdi. Azərbaycan bu illər ərzində heç bir xarici gücün təsiri altında olmayan, öz milli maraqlarına əsaslanan siyasət yürüdən dövlətə çevrildi.

Cənab Prezidentin sözləri ilə, “Bizim siyasətimiz müstəqildir, milli maraqlar üzərində qurulub. Müstəqillik bizim ən böyük sərvətimizdir.”

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi böyük iqtisadi islahatlar, enerji layihələri və nəqliyyat dəhlizləri sayəsində Azərbaycan bu gün regionun iqtisadi liderinə çevrilib. “Cənub Qaz Dəhlizi”, “Zəngəzur dəhlizi” kimi layihələr yalnız iqtisadi deyil, həm də siyasi müstəqilliyin və geosiyasi təsir gücünün göstəricisidir.

Azərbaycan bu illərdə dünya iqtisadi sistemində öz sözünü deyən, siyasi təzyiqlərə qarşı dayanıqlı dövlət kimi formalaşdı.

2020-ci ilin payızında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, BMT qətnamələrini icra etdi və tarixi ədaləti bərpa etdi. Bu qələbə, dövlət müstəqilliyimizin real təsdiqi və tarixdəki ən böyük milli birliyimizin təntənəsi idi.

Xalqın, ordunun və rəhbərliyin birliyinin nəticəsində Azərbaycan tam suveren dövlət kimi dünya miqyasında yeni mərhələyə daxil oldu. Bu gün Şuşada, Zəngilanda, Füzulidə, Laçında aparılan bərpa və dirçəliş işləri müstəqilliyin davamlılığını təmin edən Böyük Qayıdış siyasətinin nəticəsidir.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi milli həmrəylik siyasəti, diasporla əlaqələrin gücləndirilməsi, Türk dünyası ilə inteqrasiya və qlobal platformalarda lider çıxışları Azərbaycanın müstəqilliyini həm daxildə, həm də beynəlxalq miqyasda möhkəmləndirdi. Azərbaycan artıq təkcə müstəqil dövlət deyil, beynəlxalq ədalətin müdafiəçisi, regionda sülh və sabitlik yaradan qüvvədir. Azərbaycan müstəqilliyinin gücü onun ordusunda, iqtisadiyyatında və diplomatiyasında olduğu qədər, xalqın milli ruhunda və dövlətinə olan inamında da dayanır.

Ulu Öndər Heydər Əliyev bu birliyin ideoloji əsasını qoydu, cənab Prezident İlham Əliyev isə onu real gücə çevirdi. Bu gün Azərbaycan xalqı əmindir ki, dövlət müstəqilliyi əbədidir, dönməzdir və heç bir qüvvə onu sarsıda bilməz.

Bu gün, 18 Oktyabrda Azərbaycan xalqı böyük qürurla deyə bilər ki,1991-ci ildə bərpa olunan dövlət müstəqilliyi,1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev ideologiyası ilə möhkəmləndi. Və 2003-cü ildən bu günədək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə zəfər, inkişaf və qlobal nüfuz mərhələsinə yüksəldi.

Azərbaycanın müstəqilliyi artıq yalnız hüquqi fakt deyil, xalqın həyat tərzi, milli kimliyi və gələcək nəsillərə ötürülən müqəddəs əmanətdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz bu müstəqilliyi canımız, qanımız bahasına qoruyuruq və qoruyacağıq.”

Azərbaycanın bayrağı bu gün Xudəfərindən Şuşaya, Zəngilandan Xocalıya qədər dalğalanır. Bu bayraq həm tariximizin, həm də gələcəyimizin simvoludur.

Yaşasın, qüdrətli Azərbaycan! Yaşasın, Ulu Öndər Heydər Əliyev ideyası və İlham Əliyev müstəqillik siyasəti!

Nicat İsmayılov

Müəllif: Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri