Icma.az
close
up
RU
Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR

Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, fevralın 28-də "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara bir sıra dəyişiklik haqqında sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan bu dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsasla qəbul olunduqları 2025-2028-ci tədris illəri ərzində təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Qanun qəbul olunduğu təqdirdə 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun layihəsinin qəbulu hansı zərurətdən doğub? Qanun işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin həyatında hansı dəyişikliklərə səbəb olacaq?

Bu və digər suallara cavab tapmaq üçün Milli Məclisin deputatlarına müraciət etdik.

Milli Məclisin deputatı Rizvan Nəbiyevin sözlərinə görə, "Təhsil haqqında"  və "Peşə təhsili haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişiklik edilməsi barədə Qanun layihəsi" işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sosial müdafiəsi və məşğulluğunun təminatına töhfə məqsədi daşıyır.

"Məsələ həmçinin ölkəmizin milli təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Belə ki, "2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nda Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı sadalanan təhdidlər sırasında "İxtisaslı kadr çatışmazlığı" faktoru da yer alır. Bunu nəzərə alaraq dövlətimizin ardıcıl olaraq həyata keçirdiyi dövlət proqrqmları və layihələr mövcuddur. Bunlardan "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nı qeyd etmək olar. Ötən il proqrama edilən dəyişiklik nəticəsində artıq dövlət təqaüdü hesabına doktorantura pilləsində də təhsil almaq mümkündür.

Yeni qanun layihəsi 3 il ərzində (2025-26, 2026-27, 2027-28-ci tədris illəri) dövlət, özəl və bələdiyyə peşə məktəblərinə ödənişli əsaslarla qəbul olunan şəxslərə ödənişlərinin dövlət hesabına təmin edilməsi imkanı peşə təhsili istiqamətində kadr hazırlığına zəmin yaradacaqdır. Peşə təhisli ilə bağlı bu sahədə öndə olan Almaniya təcrübəsinə toxunmaq istərdim. Almaniya iqtisadiyyatı ümumi daxili məhsuluna görə dünya ölkələri siyahısında ilk 5-likdə qərarlaşır. Kiçik və orta müəssisələrin Almaniya ümumi daxili məhsulunda payı isə 70 faizə yaxındır və bu, peşə təhsili hesabına yaranmış imkandır. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni yaranmış müəssisələr üçün də bu qanun dəyişikliyi yeni imkanlar aça bilər. Nəzərə alsaq ki, ölkəmidə hər il orta məktəbi bitirən məzunların ən azı dörddə birinin ali təhsil müəssilərinə daxil olmaq imkanı olmur. Bu gənclərin seçdikləri peşə üzrə dövlət vəsaiti hesabına ixtisaslaşması həm məşğulluq və həm də social təminat məsələləri baxımından da çox əhəmiyyətlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva isə bildirib ki, bu qanun layihəsi Qarabağda və Şərqi Zəngəzurda məşğulluq layihələrinin həyata keçirilməsinə, vətəndaşların sosial təminatına, peşə təhsilinin  regionun sosial-iqtisadi imkanına uyğun təşkilinə və təşviqinə, kadr hazırlığına zəmin yaradacaq.

Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan "Dual peşə təhsili" layihəsi alman modeli olaraq  işə götürənlərlə peşə təhsilinin birgə həyata keçirdiyi beynəlxalq təhsil təcrübəsidir.

"Hazırda bu istiqamətdə Bakı şəhəri və digər regionlarda 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə əməkdaşlıq edilir.  Peşə təhsili müəssisələri işəgötürənlərlə tərəfdaşlıq zəminində istehsalat təcrübəsi və iş yerində öyrənmə imkanlarını təmin edir. Bu yanaşma təhsillə sənaye və digər sahələr arasında sıx əməkdaşlıq imkanları yaradır,  müəssisələrin tələbatına uyğun kadr hazırlığına dəstək verir".
Ətraflı

​Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsaslanaraq, iş yerində öyrənmə (dual təhsil) sisteminin mexanizminin işlənib hazırlanması və normativ hüquqi bazasının qurulması təklifini dəstəkləyən Mehriban Vəliyeva vurğulayıbı ki, burada məqsəd peşə təhsilinin dövlət və qeyri-dövlət sektorları tərəfindən dəstəklənməsinə nail olmaq, müəssisələrin peşə sahəsinə marağını artırmaq, tərəfdaşlıq zəminində iş yerlərində peşə hazırlığı və təcrübə imkanlarını yaratmaqdır:

"Bunun üçün müəyyən dövlət güzəştlərinin tətbiqi də sahənin inkişafına dəstək verə bilər. İşəgötürənlərə vergi güzəştlərinin nəzərdə tutulması, onları peşə təhsili müəssisələri ilə əməkdaşlığa həvəsləndirər".​

Millət vəkili əlavə edib ki, "Azərbaycan Respublikasının peşə təhsili haqqında" Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması"nın müvafiq müddəalarına əsasən, işəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəməlidirlər: "Azərbaycanda isə işəgötürənlər bu sahədə hər hansı vergi güzəşti olmadığı üçün onlara məxsus istehsalat sahələrində tələbələrin təcrübə keçmələrinə və onlarla müddətli əmək müqaviləsinin bağlanmasına maraq göstərmirlər. İşəgötürənlərlə peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması və tələbələrin işəgötürənlərin istehsalat sahələrində təcrübə keçmələrinə imkan yaradılması üçün işəgötürənlərə vergi güzəştləri tətbiq oluna bilər". 

M.Vəliyevaya görə, işəgötürənləri peşə təhsili müəssisəsinin tələbələri ilə əmək müqaviləsi bağlamağa həvəsləndirmək üçün aşağıdakı güzəştlərin nəzərdə tutulması məqsədəuyğun olardı: "İstehsalat təcrübəsi zamanı tələbələrə ödənilən əmək haqqının vergi baxımından mənfəət vergisinin hesablanmasında xərclər kimi nəzərə alınması və bilavasitə işəgötürənlər üçün müəyyən edilmiş mənfəət vergisi öhdəliklərinin azaldılması.

Nəticədə bu mexanizm işəgötürənlər üçün əlavə maliyyə yükünü aradan qaldıracaq və onları peşə təhsili müəssisələri ilə əməkdaşlığa həvəsləndirəcəkdir".

Mehriban Vəliyeva həmçinin qeyd edib ki, əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələrinin fəaliyyət göstərdiyi regionların lokal sosial-iqtisadi imkanlarına uyğun kadr hazırlığı məsələsi də  müzakirə olinacaq və yenidən baxılacaq məsələdir:

"2024-2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas  - məsələn, dronların texniki xidməti və təmiri, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti üzrə, suvarma maşınları və nasos qurğuları üzrə ixtisas hazırlığı  bölgələrin inkişafı və əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Ümumiyyətlə, yeni qanun layihəsi  regionda peşə təhsilinin   təşviqi, məşğulluğun həlli,  yeni sahələr üçün müasir peşələr üzrə kadr təminatı və digər məsələlərin həllinə dəstək ola biləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri