Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir”

“Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir”

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti və uşaqların təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Düşünürəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdən istifadənin daha təhlükəsiz təşkili, uşaqların zərərli məzmunlardan qorunması və beynəlxalq platformaların Azərbaycanda fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib:

“Layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək. Hesab yaradılarkən istifadəçinin yaşı müxtəlif texniki vasitələrlə yoxlanılacaq, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq.

Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər.

Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.

Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.

Qanun layihəsi xarici sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar. Bu tələblərin yerinə yetirilməməsi halında maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və mərhələli şəkildə internet trafikinin azaldılması kimi tədbirlər nəzərdə tutulur.

Yeni qaydaların pozulmasına görə vəzifəli və hüquqi şəxslər üçün böyük məbləğdə inzibati cərimələr müəyyən edilir”.

O qeyd edib ki, qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır:

“Eyni zamanda qanun layihəsinin əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır. Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri