Icma.az
close
up
RU
TEKNOFEST İstanbul ziyarətçi qeydləri BAŞLADI

TEKNOFEST İstanbul ziyarətçi qeydləri BAŞLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya festivalı TEKNOFEST bu il 13-cü dəfə İstanbulda texnologiya həvəskarlarını qarşılayacaq.

Redaktor.az xəbər verir ki, 17–21 sentyabr tarixlərində keçiriləcək TEKNOFEST İstanbul üçün ziyarətçi qeydiyyatı artıq başlayıb. Gələcəyin texnologiyalarına şahid olmaq, milli layihələri yaxından görmək və həyəcanverici tədbirlərdə iştirak etmək istəyən hər kəs bu unikal atmosferdə öz yerini tuta bilər. Festivalda iştirak tamamilə ödənişsizdir, sadəcə onlayn qeydiyyatdan keçmək kifayətdir!

Elm və texnologiyanı rəhbər tutaraq gələcəyi dizayn edən gəncləri bir araya gətirən TEKNOFEST, 2025-ci ildə də dünyaya ilham verməyə davam edir. İlk dayanacağı qardaş vətən KKTC olan festival, daha sonra TEKNOFEST Mavi Vətən ilə köklü dənizçilik irsini yerli və milli texnologiyalarla birləşdirərək yüz minlərlə ziyarətçini qarşıladı. Bu böyük yolçuluğun son dayanacağı isə 17–21 sentyabr tarixlərində Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST İstanbul*olacaq. Sərhədləri aşan texnologiya yarışmalarından nəfəs kəsən hava şoularına, yenilikçi layihələrdən ilhamverici görüşlərə qədər saysız-hesabsız tədbirlərlə TEKNOFEST İstanbul yeni rekordlara və unudulmaz anlara ev sahibliyi edəcək.

Hər il yenilənən yarışma kateqoriyaları ilə fərqlənən TEKNOFEST İstanbul çərçivəsində 58 əsas və 137 alt kateqoriyada keçiriləcək müsabiqələrdə ilkin mərhələni keçən komandalar 85 milyon TL-dən çox maddi dəstək qazanacaq; qaliblərə isə ümumilikdə 65 milyon TL-dən çox mükafat təqdim olunacaq.

Bununla yanaşı, 17–21 sentyabr tarixlərində Atatürk Hava Limanında baş tutacaq TEKNOFEST İstanbul, texnologiya yarışmaları ilə yanaşı müxtəlif maraqlı tədbirlərlə də ziyarətçiləri qarşılayacaq. Festival çərçivəsində nəfəs kəsən hava şouları, konsertlər, sərgilər və ustad dərsləri, simulyasiyalı təcrübə zonaları, planetarium, sərgi və yarmarka tədbirləri, şagirdlər üçün xüsusi uçuş proqramları və daha bir çox texnologiya və həyəcan dolu fəaliyyətlər təqdim olunacaq.

Festivalda iştirak tamamilə ödənişsizdir. Lakin giriş üçün ziyarətçilər mütləq onlayn qeydiyyatdan keçməlidirlər. Hər iştirakçı üçün ayrıca bilet yaradılır, amma 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur.  Festival ərazisinə giriş-çıxış saatları 09:00–18:00 arası olacaq. Bundan əlavə, əraziyə çatmaq üçün ictimai nəqliyyatdan istifadə etmək ziyarətçilərə həm sürətli, həm də rahat gediş imkanı təmin edəcək, festivalda avtomobil sıxlığını da azaldacaq.

TEKNOFEST İstanbul və ziyarətçi qeydiyyatı haqqında ətraflı məlumat üçün:
www.teknofest.org
http://www.teknofest.org

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri