Icma.az
close
up
RU
TEKNOFEST İstanbul başlayır! Qaliblərə fantastik məbləğdə pul mükafatı veriləcək

TEKNOFEST İstanbul başlayır! Qaliblərə fantastik məbləğdə pul mükafatı veriləcək

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Milli Texnologiya Hərəkatının möhtəşəm səhnəsi olan– TEKNOFEST, sentyabrın 17–21-də İstanbulda baş tutacaq.
Demokrat.az xəbər verir ki, artıq 13-cü dəfə keçirilən festival beş gün ərzində texnologiya müsabiqələri, aviaşoular, konsertlər, təcrübə zonaları, sərgilər, ustad dərsləri və daha bir çox maraqlı tədbirlərlə ziyarətçiləri qarşılayacaq
TEKNOFEST – dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı – Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə təşkil olunur və texnologiya həvəskarlarını bir daha İstanbulda bir araya gətirir! İndiyədək təxminən 11 milyon qonağı qarşılayan festival bu il də milyonları elmin, texnologiyanın və innovasiyanın həyəcanı ilə birləşdirəcək. Sentyabrın 17–21-də Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST İstanbul innovasiya yönümlü yarışlardan nəfəskəsici aviaşoulara qədər texnologiya ilə həyəcanı birləşdirən geniş tədbirlərə ev sahibliyi edəcək. 
Strateji sahələrdə texnoloji inkişafı dəstəkləyən yarışlarla gələcəyə qapı açılır
Kritik texnologiyaların inkişafına dəstək verən kateqoriyaları ilə seçilən TEKNOFEST İstanbul 58 əsas və 137 alt kateqoriya üzrə yarışlara ev sahibliyi edəcək. İlkin mərhələləri keçən komandalar 85 milyon TL-dən çox maliyyə dəstəyi əldə edəcək, qaliblər isə ümumilikdə 65 milyon TL-dən artıq mükafatla təltif olunacaq. Bu il müsabiqələrə 565 min komanda və 1,1 milyon iştirakçı müraciət edib. Yarışlar tələbələrin, sahibkarların və texnologiya həvəskarlarının ideyalarını reallaşdırmaq, elmi və texnologiyanın gələcəyini formalaşdırmaq üçün bir araya gəlməsinə imkan yaradacaq.
Göydə həyəcan, yerdə sevinc: TEKNOFEST İstanbul başlayır!
Uşaqlardan gənclərə, ailələrdən texnologiya həvəskarlarına qədər hər kəs üçün festival beş gün unudulmaz anlar yaşadacaq. Ziyarətçiləri nəfəskəsici aviaşoular, həyəcanverici konsertlər, maarifləndirici sərgilər və ustad dərsləri, interaktiv simulyasiya zonaları, ulduzlara səyahət imkanı verən planetarium, elmi şoular, texnologiyanın keçmişini və bu gününü əks etdirən “TEKNOFEST Zaman Tuneli”, Türkiyənin milli istehsalı olan quru, dəniz və hava nəqliyyat vasitələrinin sərgiləri, yarmarkalar və məktəblilər üçün xüsusi “ilk uçuş” təcrübələri gözləyir.
Türk Rokunun güclü səsi Kıraç TEKNOFEST İstanbul səhnəsində!
Sentyabrın 19-da festivalda unudulmaz musiqi gecəsi baş tutacaq. Tanınmış türk rok ifaçısı Kıraç saat 19:00-da səhnəyə çıxaraq öz güclü səsi və unikal ifaları ilə pərəstişkarları ilə görüşəcək. Enerjili səhnə performansı ilə tanınan Kıraç elmlə və texnologiya ilə dolu mühitə musiqinin sehrini qatacaq.
Milli texnologiyanın qanadları İstanbul səmasında!
Sentyabrın 17–21-də Atatürk Hava Limanı möhtəşəm aviasiya və müdafiə sənayesi aviaşoularına şahidlik edəcək. Festivalda SOLOTÜRK və Türk Ulduzları göydə rəqs edəcək, F-16 qırıcıları sürət və gücün sərhədlərini aşacaq. ATAK helikopteri çevikliyi ilə, Hürkuş isə orijinal dizaynı ilə diqqət çəkəcək. Festivalın ulduzları arasında Anka yüksək texnologiyanı nümayiş etdirəcək, Bayraktar TB2 və TB3 müşahidə qabiliyyətləri ilə fərqlənəcək, güclü yükdaşıma imkanına malik Bayraktar Akıncı isə Türkiyənin aviasiya vizyonunu qürurla əks etdirəcək.
TEKNOFEST İstanbul-a giriş tamamilə pulsuzdur.
Lakin ziyarətçilər festival ərazisinə daxil olmaq üçün onlayn qeydiyyatdan keçməlidirlər. Giriş hər gün saat 09:00-dan 19:00-dək açıq olacaq. Nəqliyyat sıxlığını azaltmaq və daha rahat gediş-gəliş üçün ziyarətçilərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri