Icma.az
close
up
RU
Təkzib təhrifə aydınlıq gətirir

Təkzib təhrifə aydınlıq gətirir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“The Guardian” ölkəmizin mövqeyini dərc etməklə yanlışlığı etiraf etdi

“The Guardian” qəzeti mübahisəli mövzu üzrə Azərbaycanın mövqeyini dərc edib. “The Black Garden” sənədli filminə həsr etdiyi resenziyada yol verdiyi yanlışları, qismən aradan qaldırıb. Azərbaycanın Londondakı səfirliyinin müşaviri Günel Səlimovanın bu resenziya barədə tənqidi qeydləri qəzetin auditoriyasına çatdırılıb. Bu, Azərbaycanla bağlı məsələlərdə “The Guardian”ın indiyədək nümayiş etdirdiyi yanaşma fonunda diqqətçəkən hadisədir.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyada mənzillənən “The Guardian” qəzeti avqustun 31-də “The Black Garden” sənədli filminə həsr olunmuş resenziya dərc edib. Ermənistan əsilli rejissor Aleksis Pazumyanın çəkdiyi filmdən bəhs edən yazıda keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və mahiyyəti təhrif olunub. Qarabağda baş vermiş hadisələr əsasən erməni narrativi əsasında təqdim edilib. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, müəllif film haqqında resenziya ilə kifayətlənməyib. Münaqişənin tarixi ilə bağlı mübahisəli və birtərəfli fikirləri fakt kimi təqdim edib. Yazıda Azərbaycanın yaşadığı humanitar faciələrə, işğal nəticəsində yüz minlərlə insanın doğma yurdlarından didərgin salınmasına isə yer verilməyib.

Bu yanaşma Azərbaycan ictimaiyyətində geniş etiraz doğurdu. Məsələyə dövlət qurumları, ictimaiyyət nümayəndələri, ekspertlər və tədqiqatçılar münasibət bildirdilər. Etirazların əsas motivi bu idi ki, beynəlxalq nüfuza malik media orqanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb bir mövzunu yalnız bir tərəfin narrativi əsasında təqdim edə bilməz. Belə bir resenziyanın Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin aktuallaşdığı, qarşılıqlı etimadın formalaşdığı bir dövrdə dərc olunması isə əlavə suallar doğurur.

Azərbaycanın Londondakı səfirliyinin müşaviri Günel Səlimova bu kontekstdə “The Guardian”a müraciət edib. Müraciətdə filmin və onun haqqında yazılmış resenziyanın keçmiş münaqişəni birtərəfli prizmadan təqdim etdiyi bildirilib. Münaqişə nəticəsində, təxminən, 4 min azərbaycanlının itkin düşməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, habelə mina təhlükəsinin bu gün də davam etməsi diqqətə çatdırılıb.

“The Guardian”ın Azərbaycan tərəfinin müraciətini öz səhifələrində dərc etməsi ilk baxışdan jurnalistika proseduru kimi görünə bilər. Əslində, peşəkar jurnalistikanın prinsiplərindən biri də budur. Media orqanı hər hansı faktı yanlış təqdim etdikdə və ya dərc etdiyi materialla bağlı əsaslandırılmış etiraz yarandıqda, qarşı tərəfin mövqeyinin dərcinə imkan yaratmalıdır. Zəruri hallarda səhv düzəldilməli, oxucu daha dəqiq məlumatla təmin olunmalıdır. Bu, sadəcə etik norma deyil, həm də media subyektinin öz auditoriyası qarşısında peşəkar məsuliyyətidir.

Lakin Azərbaycanla bağlı məsələlərdə “The Guardian”ın heç də həmişə bu prinsipə əməl etmədiyi görünür. Qəzetdə uzun illər ərzində Azərbaycanla bağlı birtərəfli, mübahisəli materiallar dərc olunub. Azərbaycan tərəfindən bu materiallara qarşı sistemli etirazlar və təkidli müraciətlər edilsə də, qəzet çox vaxt öz mövqeyini dəyişməyib. Bu baxımdan indiki hadisəyə sıradan redaksiya proseduru kimi yanaşmaq doğru olmaz.

G.Səlimovanın “The Guardian”a ünvanladığı müraciətin qəzet tərəfindən dərc edilməsi təqdirəlayiq hadisədir. Qəzet Azərbaycan tərəfinin əsaslandırılmış mövqeyini birbaşa öz auditoriyasına çatdırmaq üçün şərait yaradıb. Beləliklə, oxucu yalnız sənədli filmin və onun resenziyasının yaratdığı birtərəfli təsəvvürlə kifayətlənməyib, Azərbaycan tərəfinin mövqeyini də öyrənmək imkanı qazanıb. Müraciətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə bağlı tarixi həqiqətlər, Azərbaycanın üzləşdiyi humanitar itkilər və hazırkı sülh prosesinin əhəmiyyəti diqqətə çatdırılıb.

Beynəlxalq media ilə münasibətlərdə məqsəd tənqidi fikri susdurmaq deyil. Məqsəd birtərəfli yanaşmanın qarşısında faktlara əsaslanan mövqenin də eşidilməsinə nail olmaqdır. “The Guardian”ın Azərbaycan tərəfinin müraciətini dərc etməsi bu baxımdan mühüm və müsbət addımdır.

Bu hadisə Azərbaycana qarşı qərəzli informasiya kampaniyalarına cavab strategiyası baxımından da vacib nümunədir. Mübarizə yalnız etiraz bəyanatları ilə məhdudlaşmamalıdır. Həmin narrativlərin yayıldığı informasiya məkanında faktlara əsaslanan mövqenin səsləndirilməsi təmin edilməlidir. Azərbaycan dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının etirazları Londondakı diplomatik nümayəndəliyin addımları ilə bütövləşdi və nəticə verdi. “The Guardian”ın Azərbaycan tərəfinin mövqeyini öz səhifələrində dərc etməsi göstərdi ki, sistemli və əsaslandırılmış fəaliyyət ciddi uğur gətirir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri