Teleaparıcı xərçəngi boğaz ağrısı ilə səhv saldığını etiraf etdi Ağırlaşana qədər həkimə getmirik
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın Birinci Kanalının teleaparıcısı Səbinə Pantus xərçəng xəstəliyini tonzillitlə səhv saldığını deyib.
BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə NTV-də yayımlanan "Zvyozdy soshlis" verilişinin efirində danışıb.
İlk simptom boğaz ağrısı olub. Pantus bunun xroniki tonzillit olduğunu irəli sürüb. Televiziya aparıcısı özünü müalicə etməyə çalışıb, amma heç nə kömək etməyib. Sonra həkimə gedib və antibiotiklər qəbul edib. Yalnız bir ay dərman qəbul etdikdən və testlərdən keçdikdən sonra onun 3-cü mərhələdə skuamöz hüceyrəli karsinomaya sahib olduğu məlum olub.
"Xərçəng cavanlaşır. İstənilən narahatlığa məhəl qoymuruq, dözməyə öyrəşmişik. Ağırlaşana qədər həkimə getmirik", - deyə teleaparıcı şikayətlənib.
42 yaşlı teleaparıcı müalicə kursunun başa çatmasını gözləyir və işə qayıdacağına ümid edir.
Baxış sayı:60
Bu xəbər 27 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















