Icma.az
close
up
RU
Ayaks ın böyük azarkeş ordusu Bakıda

Ayaks ın böyük azarkeş ordusu Bakıda

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ayaks"ın böyük azarkeş ordusu Bakıda 

Bu gün "Qarabağ"la "Ayaks" arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun oyunu keçiriləcək.

QOL.az-ın xəbərinə görə, bu matçı izləmək üçün Azərbaycan paytaxtına böyük azarkeş ordusu gəlib. Niderland mediasının yazdığına görə, onların sayı 1400-dən çoxdur. Bəzi mənbələr hətta dəqiq rəqəm də açıqlayır: 1443 fanat.

Beləliklə, bu gün onlar futbol məbədimiz Tofiq Bəhramov adına Respublika Stadionunun qapıarxası tribunalarında yer alacaqlar.

Maraqlıdır ki, "Ayaks" bu mövsüm ÇL-də daha əvvəl keçirdiyi 5 oyunun hamısında uduzaraq 36 komanda arasında sonuncu yeri tutmasına baxmayaraq, bu uğursuz nəticələr azarkeşlərin komandalarına doğma münasibətinə təsir etməyib. Dünən Bakıda keçirilən mətbuat konfransında "Ayaks"ın baş məşqçisi Fred Grim də bu fakta toxunaraq deyib:

"Fikrimcə, əminliklə demək olar ki, onlar klubu sevən əsl azarkeşlərdir. Onların belə uzun səfərə çıxmaları və gəlib bizi dəstəkləmələri çox şeydən xəbər verir. Təbii ki, bizim də buna cavab olaraq müəyyən öhdəliklərimiz var. Bu, olduqca uzun və ucuz olmayan bir səfərdir. Bu azarkeşlərin bizimlə gəlməsinə inanılmaz dərəcədə sevinirik”.

Daha əvvəl "Ayaks" azarkeşlərinə 1970 biletin ayrıldığı xəbər verilmişdi. Niderland mediasının məlumatlarından belə görünür ki, həmin biletlərdən 73,2 faizi artıq satılıb.

Bəli, "Ayaks"ı Bakıda böyük azarkeş ordusu dəstəkləyəcək. Amma unutmayaq ki, bu gün tribunada çoxluq "Qarabağ" azarkeşlərinin tərəfində olacaq və yarış həm də fanatlar arasında gedəcək. 

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Dekabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri