Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tələbə təqaüdləri: 50 manatdan 350 manatadək… Siyahı KONKRET

Tələbə təqaüdləri: 50 manatdan 350 manatadək… Siyahı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Universitetlərə qəbul olunduqdan sonra müxtəlif təqaüd proqramlarından yararlanmaq şansı yaranır. Dövlət tərəfindən verilən akademik və Prezident təqaüdləri ilə yanaşı, bəzi nazirliklər, şirkətlər və ali təhsil müəssisələri də yüksək nəticə göstərən və fəallığı ilə seçilən tələbələr üçün xüsusi təqaüd proqramları həyata keçirirlər.

KONKRET.az bildirib ki, Modern.az tələbə adını qazanan şəxslərin yararlana biləcəyi əsas təqaüdləri və onların şərtlərini araşdırıb.

Ödənişsiz əsaslarla universitetlərə qəbul olunan məzunlar ilk ildə 110 manat aylıq təqaüd alır, lakin bu təqaüd semestr imtahanından sonra tələbələrin akademik göstəricilərinə görə dəyişir. Belə ki, akademik göstəriciləri 91–100 bal olan tələbələr aylıq 200, 71–90 bal olan tələbələr 160, 51–70 bal olan tələbələr isə 110 manat təqaüd allırlar.

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, ölkə Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq hər tədris ilinin əvvəlində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və ali məktəblərə daxil olan tələbələrə Prezident təqaüdü verilir. Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.

SABAH təqaüdü

Bundan başqa, SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi “SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.

Kənd təsərrüfatı tələbə təqaüdü

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olunan tələbələrə əlavə təqaüd verilir. Bu təşəbbüsə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 600 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir.

Azercell-in “Tələbə Təqaüdü Proqramı”

Azercell də təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək üçün “Tələbə Təqaüdü Proqramı” müsabiqəsi keçirir. Şirkət “Tələbə Təqaüdü Proqramı”na seçilmiş 10 tələbəyə aylıq 300 manat məbləğində təqaüd təqdim edir. İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu iki kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son iki kurs qiymətləri A və ya B olmalıdır.

SOCAR təqaüdü

SOCAR təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində siyahısı bu proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir. Təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir. Təqaüdün aylıq məbləği 100 manat təyin olunub. Təqaüd tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən tələbələrə verilir.

Universitetlərin daxili təqaüdləri

Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Buraya universitetə qəbul göstəricilərinə və tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüdləri misal göstərmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyul 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri