Icma.az
close
up
RU
Tələbə valideynlərinə xəbərdarlıq: Pulu əvvəlcədən verməyin!

Tələbə valideynlərinə xəbərdarlıq: Pulu əvvəlcədən verməyin!

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kirayə mənzil bazarında tələbə axını səbəbindən yaranan qiymət artımı bu il də müşahidə olunur. Lakin vəziyyətə təsir edən əsas amillərdən biri Bakıda aparılan genişmiqyaslı söküntü işləridir. Köhnə binaların sökülməsi kirayə bazarındakı sıxlığı daha da artırır.

Turkustan.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, köhnə yaşayış binalarının və həyət evlərinin sökülməsi nəticəsində bazarda mənzillərin sayı azalır:

“Son 1-2 ildə paytaxt Bakıda genişmiqyaslı söküntü işləri aparılır. Köhnə yaşayış binalarının və fərdi evlərin sökülməsi həmin ərazilərdə kirayəlik mənzillərin sayının azalmasına, dolayısı ilə bazarda sıxlığa səbəb olub. Bu binaların yerində yeni çoxmənzilli yaşayış kompleksləri inşa olunur, lakin bu yeni binalarda kirayə qiymətləri köhnələrə nisbətən təxminən iki dəfə baha olur. Digər tərəfdən, söküntü səbəbindən evsiz qalan sakinlər də özlərinə yeni mənzillər verilənə qədər kirayə bazarına üz tutur. Nəticədə Bakıda söküntülərin təsiri kirayə bazarına birbaşa yansıyır. Yaxın gələcəkdə tələbə büdcəsinə uyğun mənzil tapmaq daha da çətinləşəcək”.

Ekspert bildirib ki, tələbələr əsasən Yasamal, Nəsimi və Nərimanov rayonlarına üstünlük verirlər. Çünki ali təhsil müəssisələrinin əksəriyyəti bu ərazilərdə yerləşir. Lakin yüksək qiymətlər onları Bakının ətraf yaşayış massivlərinə – Masazır, Zirə, Xırdalan, Saray və digər məntəqələrə üz tutmağa məcbur edir. Bu isə əlavə vaxt itkisinə səbəb olur:

“Şəhər ətrafında yaşayan tələbələr hər gün saatlarla yollarda, ictimai nəqliyyatda vaxt itirirlər. Bu, həm təhsilə, həm də gündəlik həyatlarına mənfi təsir göstərir”.

Elnur Fərzəliyev kirayə bazarında artan dələduzluq halları barədə də xəbərdarlıq edib:

“Çoxlu sayda saxta elanlar mövcuddur. Mənzillər real bazar qiymətindən ucuz göstərilir və tələbələr, eləcə də onların valideynləri aldadılır. Əvvəlcədən ödəniş tələb olunur, pul göndərildikdən sonra isə elan silinir. Ona görə də tələbələr yalnız mənzil sahibi ilə birbaşa müqavilə bağlamalı və heç vaxt əvvəlcədən pul göndərməməlidirlər”.

Ekspert əlavə edib ki, kirayə qiymətlərində artım davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri