Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.
"AzPolitika" xəbər verir ki, bu barədə “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşım edilib.
Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
"Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistral yolun səsi, bir tərəfdən qəsabxana və maşın yuma yeri diqqətimizi pozur və dərsimizin keyfiyyəti düşür.
3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar", - deyə mürciətdə bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 26 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















