Icma.az
close
up
RU
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq KONKRET

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərin sosial rifahının və təhsil imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə atılan ardıcıl addımlar tələbələrin maddi təminatının gücləndirilməsinə yönəlib. Bəs, yanvar ayından tələbə təqaüdlərinin artırılması nə qədər real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil mütəxəssisi Vaqif Fətullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan iki mühüm sənəd: “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncama edilən dəyişiklik və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmana edilən əlavə və dəyişikliklər dövlətin sistemli və ardıcıl dəstəyinin bariz nümunəsidir.

“Yanvar ayından etibarən tələbələr üçün müəyyən dəstək proqramlarının həyata keçirilməsi real görünür”.

Ekspert qeyd edib ki, bir çox xarici ölkələrdə də tələbələrə verilən təqaüdlər dövlət siyasətinin mühüm alətidir. Lakin orada təqaüd sistemləri çox vaxt müxtəlif sosial mexanizmlərlə (nəqliyyat güzəştləri, tibbi sığorta dəstəyi və s.) tamamlanır.

“Azərbaycanda da tələbələr üçün təqaüdlərin artırılması ilə yanaşı, sosial təminat sistemlərinin inkişaf etdirilməsi, yaradılması məqsədəuyğundur. Məsələn, metro və avtobuslarda tələbə kartı ilə endirimli gediş haqqı tətbiq oluna, həmçinin 25 yaşına qədər olan tələbələr tibbi sığorta haqqından azad edilə bilərlər”.

Vaqif Fətullayev həmçinin vurğulayıb ki, xarici təcrübə bu yanaşmanın effektivliyini sübut edir.

“Londonda “Student Oyster” kartı ilə metro və avtobuslarda 30%-lik endirim, Parisdə “Imagine R Étudiant” ilə limitsiz nəqliyyat imkanı, Almaniyada “Semesterticket” sistemi, Kanadada isə tibbi sığortanın təhsil haqqına daxil edilməsi kimi modellər tətbiq olunur. Finlandiya və Yaponiyada da tələbələr üçün nəqliyyat və yaşayış sahəsində güzəştlər geniş yayılıb”.

Təhsil eksperti əlavə edib ki, beynəlxalq araşdırmalar tələbələrə sosial güzəştlərin akademik nəticələrə müsbət təsir göstərdiyini sübut edir:

“Trellis Company və ABŞ Təhsil Departamentinin araşdırmalarına görə, nəqliyyat xərclərinə dəstək alan tələbələrdə dərsə davamiyyət 2–4 faiz artır. University of Michigan və EPIC tədqiqatları da göstərir ki, nəqliyyata əlçatanlıq tələbələrin akademik göstəricilərini yaxşılaşdırır. Hollandiya nümunəsində aparılan tədqiqatda isə nəqliyyat güzəştləri ilə akademik performans arasında yüksək korrelyasiya müəyyən edilib.”

Ekspertin fikrincə, bu cür sosial yönümlü addımlar yalnız təqaüdlərin artırılması ilə məhdudlaşmamalı, tələbələr üçün kompleks dəstək sistemi formalaşdırılmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri