Tələbələrə “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirə oxunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Təhsil şöbəsinin müdiri dosent Xatirə Yusifovanın “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim mühazirəsində yazılı abidələrimizin dövrləşdirilməsi prosesindən, Azərbaycan yazılı ədəbiyyat nümunələrindən, Orxon-Yenisey abidələrindən, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindən, tarixi-bioqrafik mətnlərdən, bədii və dini mətn nümunələrindən, epitafiya lirikasından və hüquqi sənədlərdən bəhs edib. Məruzəçi hazırladığı videoslayd vasitəsilə onlardan nümunələr göstərib və sualları cavablandırıb.
Seminarda Əlyazmalar İnstitutunun doktorant və dissertantları ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələri də iştirak ediblər.
Qeyd edək ki, seminar AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində reallaşıb. Doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 08 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















