Tələbələrə Azərbaycan Pakistan ədəbi mədəni əlaqələrinə dair mühazirə oxunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın MUSLİM İnstitutunun direktor müavini Asif Tanver Avan ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Asif Tanver Avan fakültənin regionşünaslıq (Pakistan üzrə) ixtisasında təhsil alan tələbələrinə “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxuyub. O, Azərbaycan-Pakistan münasibətlərinin tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti barədə ətraflı məlumat verib.
Məruzəçi Pakistan və urdu ədəbiyyatının tanınmış nümayəndəsi sufi şair Həzrət Sultan Bahunun yaradıcılığı haqqında danışıb, onun irsinin Azərbaycanda da tədqiq olunduğunu qeyd edib.
Sonda Asif Tanver Avan tələbələrin suallarını cavablandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















