Icma.az
close
up
RU
Tələbəsinin anası ilə mənə xəyanət edirdi Fotolar

Tələbəsinin anası ilə mənə xəyanət edirdi Fotolar

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, instaqramda 3,5 milyondan çox izləyicisi olan rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı Şəms zorakılığa məruz qaldığı anların görüntülərini paylaşıb.

Axşam.az-ın məlumatına görə, Şəms yeni görüntülər yayımlayaraq, evli olduqları müddətdə Nicatın ona xəyanət etdiyini iddia edib. O, rəqqasın tələbəsinin anası ilə münasibətdə olduğunu bildirib.

Şəms paylaşımında bildirib ki, Nicat ona həmin qadınla yazışmalarını özü göstərib:

“Bu insan öz əlləri ilə tələbəsinin anası ilə, iki uşaqlı ana ilə yazışmalarını gətirib mənə göstərdi. Dedi ki, mənim sevgilim var, mən bu qızı sevirəm. Bunu ailəsi də bildi, amma susdu, döymələrinə belə sakit qaldılar.

Yanımda olan, mənə dəstək olan hər kəsə Allah kömək olsun. O insan məhkəməyə verilmişdi, amma mənim bu qədər yaşadığım şeylər 1500 manat cərimə ilə ölçüldü.

Məni qınayanlar da var. Amma o şəxslər bilmir axı... Hər kəs evində bayram keçirəndə o, mənim övladımı bətnimdə öldürdü. Məni övladımın gözü qarşısında dəfələrlə saçımdan tutub sürüyürdü. Ailəsi – anası, atası, bacısı, bütöv ailəsi məni də, övladımı da evdən çıxartdılar.

Raul dəfələrlə travma alıb. Adi bir səs yüksələn kimi qorxub qışqırır. Bu gün bu vəziyyətin hamısına səbəb həmin insandır. Gün ərzində onun məni döydüyü, məni hansı hala saldığı ilə bağlı səs yazıları, şəkillər və videolar paylaşacağam.

Mənim tək istəyim var. Yalvarıram, anasının və Nicatın mənim övladımı öldürməsini 1500 manatla ölçməyin”.

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, sözügedən hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib:

“Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri