Icma.az
close
up
RU
“Tələblər yerinə yetirilməsə, messencer bağlanacaq“ “Roskomnadzor“

“Tələblər yerinə yetirilməsə, messencer bağlanacaq“ “Roskomnadzor“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Rusiya rəqəmsal sərhədlərini bağlayır və "WhatsApp" növbəti olaraq tamamilə qadağan edilə bilər..."

Rusiyada "WhatsApp"-ın fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılır və rəsmi qurumlar artıq messenceri tam bloklamaq barədə açıq şəkildə xəbərdarlıq edir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda ölkədə rəqəmsal kommunikasiya yeni mərhələyə keçir: xarici messencerlərdən imtina, onların yerinə tam nəzarət olunan yerli alternativin tətbiqi əsas məqsədə çevrilib. Bunun fonunda "WhatsApp" istifadəçiləri son günlər rabitə problemləri, gecikmələr və texniki nasazlıqlar yaşadıqlarını bildirir.

Rəsmi mövqe və ittihamlar

Rusiyanın internet və texnologiya üzərində nəzarət orqanı olan "Roskomnadzor  "WhatsApp"-ın ölkə qanunlarını pozduğunu və əməkdaşlıqdan imtina etdiyini bildirir. Bu səbəbdən avqustdan tətbiq olunmağa başlayan məhdudiyyətlər artıq ikinci mərhələyə keçib.

Qurumun açıqlamasında bildirilir ki, messencer terror fəaliyyətlərinin təşkilində, bunun icraçılarının cəlb edilməsində, eləcə də fırıldaqçılıq və digər cinayət məqsədləri üçün istifadə olunur. Hakimiyyət hesab edir ki, şirkət öz sistemini tam şəkildə Rusiyaya açmalı, istifadəçi yazışmalarını təhlükəsizlik qurumlarının sərəncamına verməlidir. Əgər bu tələblər yerinə yetirilməsə, "WhatsApp" tam bloklanacaq.

Siyasi kontekst və əvvəlki qərarlar

"WhatsApp"-ın sahibi "Meta" şirkəti 2022-ci ildə Rusiyada "ekstremist təşkilat" kimi tanınıb. Həmin ilin qərarı ilə "Facebook" və "Instagram" bloklanıb, lakin "WhatsApp" müəyyən müddət saxlanılıb. Bunun əsas səbəbi messencerin həm vətəndaşlar, həm də dövlət təsisatları tərəfindən iş məqsədilə istifadə edilməsi olub.

Son aylarda isə vəziyyət dəyişib. "WhatsApp" və "Telegram"da səsli rabitə artıq məhdudlaşdırılıb. Mesajlaşma funksiyası hələ tam bağlanmayıb, lakin texniki problemlər hökumətin planlı müdaxiləsi kimi izah olunur. Bununla yanaşı, Rusiyada VPN xidmətlərinin reklamı cinayət hesab olunur və onların istifadəsi də addım-addım məhdudlaşdırılır.

Yerli alternativ və məcburi keçid siyasəti

Rusiya hakimiyyətinin məqsədi yalnız "WhatsApp"-a təzyiq etmək deyil. Ölkədə "Max" adlı yeni messencer işə salınıb və təklif yox, faktiki olaraq məcburi keçid mexanizmi formalaşdırılıb. Dövlət qurumları artıq bu platformaya keçib və bir sıra rəsmi xidmətlər yalnız burada əlçatandır. Bu, hakimiyyətə həm kommunikasiya axınlarını izləmək, həm də vətəndaşların rəqəmsal davranışını nəzarətdə saxlamaq imkanı verir.

"WhatsApp"-ın tam bloklanması yalnız vaxt məsələsi sayıla bilər. Rusiyanın rəqəmsal məkanı tədricən xarici platformalardan təmizlənir və onların əvəzinə tam nəzarət olunan, yalnız daxili məqsədlərə xidmət edən sistemlər tətbiq edilir. Hazırda istifadəçilər "WhatsApp"-a əsasən VPN vasitəsilə daxil olur, lakin indiki meyl bunun da uzunmüddətli olmayacağını göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri