Icma.az
close
up
RU
Telefon asılılığını necə aradan qaldırmaq olar? TÖVSİYƏ

Telefon asılılığını necə aradan qaldırmaq olar? TÖVSİYƏ

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Telefonlar həyatımızın ayrılmaz bir parçasına çevrilib. Telefon asılılığı müasir cəmiyyətin ən geniş yayılmış, amma ən az diqqətə alınan problemlərindən biridir. Hər gün minlərlə insan, telefonlarına daha çox bağlanaraq real dünyadan uzaqlaşır.


Bəs telefon asılılığını necə aradan qaldırmaq olar?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, telefon asılılığı bir insanın mobil cihazına qarşı nəzarət olunmaz dərəcədə bağlı olması deməkdir:


"Telefon bir çox insanın həyatının əsasını təşkil edən bir vasitəyə çevrilib. Əlaqə qurmaq, işlərimizi idarə etmək, məlumat əldə etmək və əylənmək məqsədilə telefonlardan istifadə edirik. Lakin telefonların bu cür intensiv istifadə edilməsi zamanla asılılıq yaradır. Asılılıq isə şəxsin gündəlik həyatına pis təsir göstərir. 
Telefon asılılığının ən böyük təhlükələrindən biri fiziki və emosional sağlamlıq üzərindəki mənfi təsirləridir. Telefon ekranına uzun müddət baxmaq gözlərdə yorğunluq və baş ağrıları kimi sağlamlıq problemlərinə səbəb olur". 


Gülər Məmmədova qeyd etdi ki, telefon asılılığı narahatlıq, depressiya və digər psixoloji problemləri də gücləndirə bilər: 


"Telefon asılılığı sosial münasibətlərə də mənfi təsir edir. Onlar ətraflarındakı insanlardan uzaqlaşırlar və cəmiyyətdən təcrid olunurlar. Ailələr və dostlarla ünsiyyət azalır. Sosial mediada daim paylaşım etməyə və başqalarının həyatını izləməyə yönələn təkan özünü müqayisə etmə hissini gücləndirir. Nəticədə, insanlar özlərini cəmiyyətin müəyyən standartlarına uyğun olmağa məcbur hiss edirlər və bu onlarda gərginlik yaradır. Telefon asılılığının bir başqa mənfi təsiri də iş həyatında hiss olunur. İş yerində mobil telefonların istifadəsi işçilərin məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır. Sosial media və şəxsi mesajlar iş saatlarında insanların diqqətini yayındırır və bu, işin keyfiyyətinə təsir edir".


Psixoloq diqqətə çatdırdı ki, telefon asılılığından qurtulmağın əsas addımı, telefon istifadə müddətini məhdudlaşdırmaqdır:


"Günün müəyyən saatlarında (məsələn, yemək vaxtı və ya yatmazdan əvvəl) telefonu bir kənara qoymaq, həm zehni rahatlamağa, həm də sosial əlaqələrinizi gücləndirməyə kömək edəcək".


Ülkər Abdurahmanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:478
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri