Icma.az
close
up
RU
Telefon olmasaydı insanlar xoşbəxt ola bilərdimi? SORĞU

Telefon olmasaydı insanlar xoşbəxt ola bilərdimi? SORĞU

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun vasitəsilə biz qohumlarımızla və dostlarımızla əlaqə saxlayır, işimizi idarə edir, bank əməliyyatları aparır və dünyanın istənilən nöqtəsindən məlumat əldə edirik. Lakin digər tərəfdən, telefonların yaydığı radiasiyanın sağlamlığa təsiri, sosial şəbəkələrin yaratdığı asılılıq, uşaqlarda təhsildən geri qalma və ailədaxili problemlərin artması da tez-tez müzakirə olunur. Bəziləri hesab edir ki, telefon olmasaydı insanlar daha xoşbəxt və stresssiz həyat sürərdilər. Digərləri isə düşünür ki, texnologiyasız müasir həyat təsəvvür olunmaz, telefon olmadan gündəlik fəaliyyətlərimiz çətinləşər və zamanın tələblərinə cavab verə bilməzdik. Bu məsələ ilə bağlı SİA olaraq şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Nəbi Əliyev: “Qlobal düşünsək, telefonsuz insanlar daha xoşbəxt olar. Amma hal-hazırda telefon zamanımızın gerçəyidir və ehtiyacıdır. Mənim də başıma gəlib. Elə bir hadisə olub ki, telefonun platası yanıb və mən bir neçə gün telefonsuz qalmışam. Bank hesablarım kilidlənir, dünya ilə əlaqəni itirirsən. Əslində bu, gözəl bir şey deyil. Amma zəmanənin gərçəyi odur ki, ona ehtiyacımız var. Fikrimcə, onsuz həyat daha xoşbəxt olar. Amma telefonda bəzən biz görürük ki, bank hesablarımızdan oğurluq halları da ola bilir. Bu da təbii ki, çox pis bir şeydir və bizim əlimizdən heç nə gəlmir. Onunla bağlı xüsusi qurumlar var ki, o təhlükəsizliyi təmin etməlidirlər”.

Şəhər sakini Şahnaz İbrahimova: "Fikrimcə, telefonun olmağı bir baxımdan daha yaxşıdır, bir baxımdan isə pisdir. Sağlamlığımızla əlaqədar olaraq telefonların olması pisdir. Çünki onların yaydığı radiasiya insanlara mənfi təsir göstərə bilir. Amma düşünürəm ki, telefonun yaxşı bir cəhəti bir-birimizlə tez əlaqə qurmağa daha yaxşıdır. Digər bir mənfi cəhəti də telefonun uşaqlarda yaratdığı fəsadlardır. Özüm də bir valideyn olaraq uşağıma başqalarından geri qalmasın deyə telefon almışam. Amma bunun üçün çox peşmanam. Övladımı konkret telefondan ayıra bilmirəm. Telefon alındıqdan sonra görürəm ki, dərslərində də geriləmələr yaranıb. Buna görə də düşünürəm ki, uşaqlara 18 yaşına qədər telefon vermək olmaz. Amma böyüklər üçün bir baxımdan telefonun olması yaxşıdır”.

Şəhər sakini Yasin Kərimov: “Telefon insanların həyatını məhv etdi. Çünki bu dövrdə sosial şəbəkələr üstündə çox ailələr dağılır. Bu telefonun inkişafı çox gənclərimizi məhv etdi. Telefon ucbatından hər bir gəncimiz, ailələrimiz uçuruma doğru gedir. Mən gənclərimizə, gənc ailələrimizə tövsiyə edərdim ki, sosial şəbəkədən, telefondan bacardıqları qədər uzaq olsunlar. Mən demirəm ki, telefon tamamilə pisdir. Telefonun yaxşı cəhətləri də var. Uzaq ölkələrdəki qohumunla, dostunla əlaqə qura bilirsən, onu görüb və danışa bilirsən. Sağ-salamat olduqlarını görürsən. Amma bizim üçün telefon real həyatımızda ən zərərverici bir əşyadır”.

Şəhər sakini Ləman Mehdizadə: “Telefon olmasaydı insanlar məncə, çox xoşbəxt olardı. Telefonun olmasının müsbət və mənfi məqamları var. Müsbət cəhətləri odur ki, insanlar bir-biri ilə əlaqə saxlaya bilir. Bunun olması çox müsbətdir. Nə də olsa keçmişdə belə şeylər olmurdu. Telefonun olmasının mənfi cəhətləri də odur ki, dələduzluq halları çox olur, bank proqramları vasitəsilə insanların kartından oğurluq edirlər. Daha sonra sosial şəbəkədə lazımsız məlumatlar çoxdur və bunun nəticəsi olaraq ən çox uşaqlar və gənclər yaxşı tərbiyə almırlar. Kriminal aləmə meyil göstərirlər. Telefondan istifadə uşaqlar üçün də çox zərərlidir. Onların həm psixoloji durumlarına, həm inkişaflarına, həm də dərslərinə mənfi təsir göstərir. Təhsildən çox geri qalırlar, hətta elə uşaqlar var ki, telefona görə gec danışırlar, ünsiyyət qura bilmirlər”.

Şəhər sakini Heydər Rzayev: “Bu günə kimi telefon olmayanda insanlar xoşbəxt idilər. Telefonun fəsadları əlbəttə ki, var. Amma çalışmaq lazımdır ki, telefonun müsbət tərəflərindən istifadə etmək lazımdır. Telefon bir çox şeyi rahatlaşdırır. Kitabxanaya getmək lazım deyil, hansısa bir məlumatı internet və telefon vasitəsilə əldə etmək olur. Əvvəllər məsələn, hər şeyi insanlar əzbərləməyə çalışırdılarsa, indi isə telefondan və internetdən istifadə edərək məlumatları əldə edə bilirlər. Hətta məktəbdə belə uşaqlar çox vaxt dərslərini telefon vasitəsilə edirlər və əzbər öyrənməyə ehtiyac duymurlar. Hər yerdə hər bir məlumatı telefon vasitəsilə artıq rahat tapmaq olur. Telefon hətta kompüterdən daha operativ bir alət üsuluna çevrilib. Mənim övladlarımın da telefonları var. Onlar məsələn, oradan ingilis dilini, alman dilini öyrənirlər, düzdür, arada oyun da oynayırlar, amma nə də olsa texnologiya zəmanəsində yaşayırıq. Amma mən özümdə uşaqların telefonlarına nəzarət edirəm”.

Şəhər sakini Aysu Şabanova: “Məncə, telefon olmasaydı, indiki dövrə gəlib çata bilməzdik. Amma əvvəlki hadisələri yada salanda cürbəcür oyunlarla, başqa fəaliyyətlərlə vaxt keçirib xoşbəxt ola bilirdilər. Mənim fikrimcə, insanlar telefondan düzgün istifadə etməyi bacaranda, hər bir şey haqqında məlumat toplayanda telefondan istifadə yaxşı bir şeydir. Lakin elə insanlar da var ki, günlərini, saatlarını telefonda boş-boş şeylərə baxaraq keçirirlərsə, bu zaman telefondan istifadə mənfi bir şeydir. Özüm də təbii ki, yeni nəslin nümayəndəsi olaraq telefondan çox istifadə edirəm, amma telefondan da boş-boş şeylərə görə vaxtımı keçirmirəm”.

Şəhər sakini Nuray Sadıqlı: “Hesab edirəm ki, bu məsələdə yanaşma insandan-insana fərqlidir. Elə insanlar var ki, özlərinə çox qapanıqdılar. Sosial çevrəsi olmadığı üçün çarəni telefonda, sosial mediada görür. Amma təbii ki, sosial çevrə varsa, insanlar telefona ehtiyac duymaya da bilərlər. Bir də uşaqların telefondan istifadəsi məsələsi var. Gündəlik uşaqlar telefondan 2-3 saat istifadə edə bilərlər. Amma təbii ki, uşaq evdə bütün günü boş-boş oturursa, məşğuliyyəti yoxdursa bu, normal bir şeydir. Amma düzgün bir şey də deyil. Təbii ki, əvvəlki zamanla indiki zaman bir deyil. Uşaqlar əvvəlki kimi həyətlərində, məhəllələrində oynamırlar. Daha çox evdə telefonla məşğul olurlar. Bu da texnologiyanın inkişafından irəli gəlir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri