Icma.az
close
up
RU
AYNA sədrinin müavininə məxsus olmasaydı “ANG” MMC bu tendelərdə qalib ola bilərdimi

AYNA sədrinin müavininə məxsus olmasaydı “ANG” MMC bu tendelərdə qalib ola bilərdimi

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri”nin satın alınması üzrə 04.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ANG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 9.099.651,54 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 02.10.2025-ci ildə dərc edilib.

Aktualinfo.org doqquz milyon dəyərində satınalmanın qalibi seçilmiş “ANG” MMC-nin ətrafında araşdırma aparmışdır. Şirkətin portalında yerləşdirilmiş məlumata görə MMC-2016-ci ildən etibarən Azərbaycanın tikinti-inşaat sektorunda ixtisaslaşmış şirkət kimi, təyinatından asılı olmayaraq yaşayış (çoxmənzilli binalar və fərdi yaşayış evləri) və qeyri-yaşayış (sənaye, ictimai iaşə obyektləri, digər strateji obyektlər ) obyektlərinin layihələndirilməsi, dizaynı, inşası, avadanlıq və aqreqatlarla təchiz edilməsi, həmçinin, istismara verilməsini təmsil edir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə “ANG” MMC 28.06.2024-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 73 fərdi yaşayış evinin tikintisi üzrə 11.907.614,49 manat dəyərində bir açıq tenderin, 13.03.2020-ci ildə isə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 53 №-li yaşayış binasının tikintisi üzrə 3.095.894 manat dəyərində bir tenderin qalibi olub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ANG” (VÖEN: 1402057841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.08.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ DÖNGƏSİ, ev.18/20, qanuni təmsilçisi kimi isə Arıxov Murad Habil oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2022-2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilmişdir.

Reyestr məlumatlarında “ANG” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Anar Qorxmaz oğlu olduğu göstərilir. MMC-yə daha sonra Əsgərova Təranə yusif qızı, Qurbanlı Tural Hidayət oğlu, Mustafayev Rüstəm Şaqi oğlu rəhbərlik edib.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. Amma “ANG” MMC-nin portalında şirkətin bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyaya malik olması göstərilir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “ANG” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Anar Qorxmaz oğlu hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.Qeyd edək ki, Anar Səmədov 12 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində bakalavr təhsili alıb və 2010-2011-ci illər ərzində ordu sıralarında qulluq edib. 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.

2011-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Şəhər təsərrufatı şöbəsində, 2012-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında, 2013-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Şəhər təsərrufatı, Sosial-İqtisadi İnkişafin Təhlili və Proqnozlaşdırması şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.

2013-2018-ci illərdə Azərbaycan Respublikası Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması, Müraciətlər və Sənədlərlə İş şöbəsinin müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etmişdir. 1 dekabr 2020-ci ildən 29 mart 2022-ci ilə qədər Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. 29 mart 2022 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətnin rəis müavini vəzifəsinə təyin edilib.

Göründüyü kimi son bir ildə dövlət qurumlarından 20 milyon manatdan çox dəyəri olan tenderlər udmuş bu şirkətin arxasında da yüksək çinli bir məmur dayanır. Göründüyü kimi 2011-ci ildə yaradılmasına baxmayaraq “ANG” MMC-nin ulduzu Anar Səmədovun vəzifə pillələrində yüksəlişindən sonra başlayıb. Elə ilk tender də Anar Səmədovun Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etdiyi dövrlərə təsadüf edir.

Aktualinfo.org

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:313
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Oktyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri