Icma.az
close
up
RU
Telefonumuzdakı bu oyunlar TƏHLÜKƏ SAÇIR Dərhal SİLİNMƏLİDİR!

Telefonumuzdakı bu oyunlar TƏHLÜKƏ SAÇIR Dərhal SİLİNMƏLİDİR!

Icma.az, Bizim media saytına istinadən bildirir.

Müasir dövr insanı getdikcə daha çox sosial və psixoloji təzyiqlərlə qarşı-qarşıya qalır. Stress, gündəlik şəhər həyatının qarışıqlığı və yoruculuğu insanları ya çox aqressivləşdirir, ya da özünə qapanmasına səbəb olur. Nəticədə günün xoşagəlməz “xatirə”lərini unutmaq üçün çoxları virtual dünyaya, əsasən də  oyunlara yönəlirlər.

Statistika da göstərir ki, hər 100 nəfərdən 40-ı sırf sosial-psixoloji təzyiqdən qurtulmaq məqsədilə belə oyunlara üz tutur. Bu da rəqəmsal oyunların artıq sadəcə əyləncə vasitəsi olmadığını, psixoloji ağırlığı olan bir özünümüdafiə mexanizminə çevrildiyini göstərir.  

Amma burada bir sual yaranır: Bu oyunlar həqiqətən yüngülləşdirirmi, yoxsa yeni problemlərin təməlini qoyur?

Mövzuyla əlaqədar psixoloq Züleyxa Əsədova Bizim.Media-ya bildirdi ki, əslində sadə, yorucu olmayan bəzi oyunlar insan psixologiyasına müsbət təsir göstərir.
“Hər birimiz bu oyunlardan bir dəfə də olsa, istifadə etmişik. Belə sadə oyunlar oyunçunun diqqətini cəmləməsinə və gündəlik problemlərdən uzaqlaşmasına kömək edir. Həmçinin, oyunda tapşırıqları yerinə yetirmək, səviyyə atlamaq insan beynində dopamin ifrazına səbəb olur və bu da müvəqqəti də olsa, motivasiya və rahatlıq hissi yaradır. Əgər aqressivlik yaranacaqsa da, oyun zamanı içindəki qəzəbi virtual şəkildə ifadə edərək real həyatda daha sakit qala biləcəklər”.
Oyunların mənfi tərəfinə gəlincə...
Z.Əsədova qeyd etdi ki, davamlı olaraq oynamaq asılılıq yaradır. Bu da gündəlik fəaliyyətlərə marağın azalmasına, sosial təcridə gətirib çıxarır. Üstəlik davamlı oyun oynamaq insanın real problemlərdən qaçmasına, onların həll olunmamasına gətirib çıxarır.
Lakin psixoloq onu da vurğuladı ki, şiddət məzmunlu oyunlar aqressiv davranışların artmasına səbəb ola bilər – xüsusilə yeniyetmələrdə özünü daha çox göstərir. Əgər bir şəxs onsuz da emosional olaraq gərgin vəziyyətdədirsə, oyun onun üçün potensial təhlükə ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri