Telefonumuzdakı bu proqramlarda Ermənistan detalı, uzaq durun! XƏBƏRDARLIQ
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur.
Ölkə.Az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, istifadəçilər çox vaxt özləri də bilmirlər ki, bu tətbiqlər ermənilərə məxsusdur:
“Proqramlar yaxşı imkanlar təqdim edə bilər, amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Məsələn, foto redaktə tətbiqi olan "Picsart" cihazın qalereyasına və fayllarına giriş icazəsi verir.
Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir. Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:
"Picsart" – mənşə: Ermənistan — alternativ olaraq "Canva", "Adobe Express", "CapCut" istifadə edin.
"Renderforest" – mənşə: Ermənistan — alternativ olaraq "Envato Placeit" və "FlexClip" istifadə edin.
"SoloLearn" – mənşə: Ermənistan — alternativ olaraq "Codecademy" və" free CodeCamp" istifadə edin.
"Krisp" – mənşə: Ermənistan — alternativ olaraq “NVIDIA Broadcast” və “Zoom”/”Google Meet” səs filtrasiyası istifadə edin.
"Zangi" messenceri – mənşə: Ermənistan — alternativ olaraq “Signal” və ya “Wire” istifadə edin.
Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər", - deyə o əlavə edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















