Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq XƏBƏRDARLIQ
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Android” smartfonuna virus daşıyıcısı olan "crack" proqramlar yükləyənlərdə “Birbank” mobil tətbiqi bloklanır.
Sfera.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, buna səbəb "WhatsApp+"un başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən "apk" fayllardır:
“Belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər. Bu proqramlar vasitəsilə cihaza yoluxdurulmuş zərərli fayllar bank tətbiqlərinin məlumatlarını götürür və nəticədə vəsait oğurlanır. Ona görə də smartfonuna bu kimi tətbiqləri yükləyənlərin “Birbank” hesabı, onların bank hesablarının qorunması məqsədi ilə bloklanır”.
Mütəxəssis vətəndaşları bu mövzuda məsuliyyətli davranmağa və “Android” ekosisteminə kənar tətbiqləri yükləməkdən çəkinməyə çağırıb:
“Bu onları birbaşa təhlükəyə atır. Xüsusilə də evdə uşaqların "crack" oyunlar yüklədiyi çox sayda cihaz var. Diqqətli olaq ki, hesablarımızda olan vəsaitləri qurban verməyək. Bu çox ciddi və yayğın məsələdir”.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















