Icma.az
close
up
RU
Telekanal reklamları xəstəxanalarda qeyri qanuni gəlirlərə səbəb olur Professor

Telekanal reklamları xəstəxanalarda qeyri qanuni gəlirlərə səbəb olur Professor

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Korrupsiya və özbaşınalıq artmaqdadır, Sabit maaş sistemi həkimlərin özbaşınalığını azaldar

“Alman təcrübəsi Azərbaycanda səhiyyə islahatlarına nümunə ola bilər”

Son illər səhiyyə sistemində aparılan islahatlar və açıqlanan statistik göstəricilər müsbət mənzərə yaratsa da, dövlət xəstəxanalarında müşahidə edilən mövcud reallıqlar bu rəqəmlərlə üst-üstə düşmür. 

Uzun növbələr, qapalı həkim kabinetləri və bəzi həkimlərin pasiyentlərinə qarşı laqeyd münasibəti vətəndaşların əsas şikayət mövzusu olaraq qalır. Dövlət xəstəxanalarından birinə üz tutan vətəndaşın ilk qarşılaşdığı mənzərə uzun növbə və qapalı həkim qapılarıdır. Qapının önündə 10-12 nəfər saatlarla gözləyir, lakin həkim kabinetinin qapısı açılmaq bilmir. “İşimiz var, içəri xəstə buraxa bilmərik” cavabı isə növbədə duran insanlar üçün artıq adi bir hala çevrilib. Bu vəziyyət isə səhiyyədə aparıldığı deyilən islahatların real təsirini sual altına alır.

Rəsmi statistikaya görə, cari ildə tibb sahəsində korrupsiya xarakterli hüquqpozmalar 24,2 faiz azalıb. Halbuki TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun açıqladığı digər rəqəmlər sistem daxilində ciddi problemlərin davam etdiyini göstərir. Onun sözlərinə görə, bu ilin ötən dövründə onlarla rəhbər vəzifəli şəxs işdən azad edilib, 67 nəfər rəhbər vəzifəyə yeni təyinat alıb, 68 tibb müəssisəsində isə struktur dəyişiklikləri aparılıb. Bununla belə, qeyd edilməlidir ki, istənilən sayda kadr dəyişikliyi aparılsa belə, sistemli idarəetmə və effektiv nəzarət mexanizmləri formalaşdırılmadıqca mövcud vəziyyətin müsbətə doğru dəyişməsi mümkün görünmür. Çünki burada əsas problem kadr çatışmazlığı və ya vəzifə dəyişiklikləri deyil, səhiyyə sistemində illərdir davam edən sistemsizlik və nəzarətsizlikdir.

Məsələnin miqyası o həddə çatıb ki, artıq bu hallar TƏBİB-in də diqqətindən kənarda qalmayıb. Vüqar Qurbanov qurumun ilin yekunlarına və gələcək planlara dair brifinqində bildirib ki, 1 yanvar-30 noyabr tarixləri arasında TƏBİB-ə 392 korrupsiya hüquqpozmaları ilə bağlı müraciət daxil olub və 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin analoji dövründə 517 belə müraciət daxil olub, 33 əməkdaş barəsində isə intizam tədbiri görülüb.

TƏBİB rəhbərliyi bundan sonra əsas məqsədlərdən birinin tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olduğunu bildirsə də, açıqlanan statistika və xəstəxanalarda müşahidə edilən real mənzərə göstərir ki, bəzi həkimlərin özbaşınalığı və məsuliyyətsiz davranışları ildən-ilə daha qabarıq şəkildə üzə çıxır. 

Tanınmış həkim, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, xəstəxanalarda uzun növbələrin əsas səbəbi pasiyent sayının çoxluğudur. Onun sözlərinə görə, bir çox Avropa ölkəsində növbəli qəbul sistemi tətbiq olunur: 

“Avropa ölkələrinin bir çoxunda, pasiyentlər əvvəlcədən telefon, onlayn platforma və ya xəstəxananın qeydiyyat mərkəzi vasitəsilə vaxt təyin edir, hər kəsə konkret saat və konkret həkim ayrılır. Bu yanaşma sayəsində sırada dayanmağa ehtiyac qalmır, gecikmə olmadıqda isə gözləmə müddəti minimuma enir”.

Professor qeyd edib ki, bizim səhiyyə sistemində də belə bir mexanizm tətbiq olunsa, mövcud gərginlik bu səviyyəyə çatmaz. Onun fikrincə, növbəli sistemin olmaması həkimlər və pasiyentlər tərəfindən müəyyən hallarda sui-istifadələrə şərait yaradır. Həkimlərin sayı az, müraciət edən xəstələrin sayı isə çoxdur. Növbəli sistem həkimlərin iş vaxtına uyğun şəkildə pasiyent qəbulu aparmasına imkan verəcək.

Korrupsiya hallarına da toxunan A. Qeybulla bildirib ki, vaxtında və effektiv tədbirlər görülmədikdə bu kimi halların artması qaçılmaz olur. Onun sözlərinə görə, struktur islahatları vacib olsa da, korrupsiya probleminin kökündə insan amili və vicdan məsələsi dayanır. Vicdanlı həkim heç bir halda rüşvətə əl atmaz.

Professor digər bir problem kimi bəzi həkimlərin televiziya və şou proqramları vasitəsilə özlərini reklam etməsini göstərib: 

-Özlərini telekanallarda bir nömrəli həkim kimi reklam edən həkimlər, daha yüksək gəlir əldə etdikcə, adi klinikalarda çalışan, lakin peşəkarlığı ilə seçilən həkimlərin maaşı xeyli aşağı qalır və bu da bəzilərini qeyri-qanuni gəlirlərə meylləndirir”.

A.Qeybulla hesab edir ki, Almaniyada olduğu kimi, bizim səhiyyə sahəsində də həkimlər üçün sabit, əvvəlcədən müəyyən edilmiş fiks maaş sistemi tətbiq edilsə, bu cür özbaşınalıqların qarşısı xeyli dərəcədə alınar:

“Almaniyada xüsusilə dövlət xəstəxanalarında çalışan həkimlər xəstəxana ilə əmək müqaviləsi bağlayır və hər ay eyni stabil əməkhaqqı alırlar. Bu cür müsbət təcrübələrin ölkəmizin səhiyyə sistemində tətbiqi bir sıra ciddi problemlərin aradan qaldırılmasına kömək edə bilər. Eyni zamanda Azərbaycanda səhiyyə sahəsində məsuliyyəti artırmaq üçün dövlət tərəfindən qanuni və effektiv qərarlar qəbul edilməlidir, əks halda nə korrupsiyanın, nə də özbaşınalığın qarşısını almaq mümkün olmayacaq”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri