Icma.az
close
up
RU
Teletibb artıq yayılmış və yaxşı təcrübədir PROFESSOR

Teletibb artıq yayılmış və yaxşı təcrübədir PROFESSOR

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu cür təcrübənin bizim ölkəmizdə də tətbiq edilməsi mümkündür, lakin bunun üçün sistem şəffaf qurulmalıdır 


Azərbaycanda teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır. Bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib. Onun sözlərinə görə, həmin qaydalar tətbiq ediləndən sonra hər kəs üçün əlçatan olacaq: "Hazırda teletiblə bağlı qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.

Görəsən, səhiyyəmiz, tibb işçilərimiz bu yeniliyə nə dərəcədə hazırdır?

Qeyd edək ki, artıq dünya ölkələrində teletibb üçün mobil təchizatlar yaranıb. Diabetli xəstələrdə qlükozanın səviyyəsini ölçmək, məsafədən, xəstənin ciyərlərinə qulaq asan fonendoskop, ürəyinin funksiyasını görən kordiomonitorlar, qulaq, burun, boğaz həkimləri üçün alətlər, hətta hamiləliyi təyin etmək üçün ÜSM müayinəsi mümkündür.


Mövzu ilə bağlı “Sherg.az”a danışan professor, həkim-cərrah Adil Qeybulla deyib ki, əvvəlcə gözləyək, bu xidmət tətbiq edilib, ortada real nəticəsi olsun, ondan sonra danışaq: 


“İndiyə kimi səhiyyə sahəsində yaradılan yeni qurumların,  strukturların heç bir faydasını görməmişəm.  Akreditasiya sistemi qərb təbabətinin prinsiplərinə uyğun  yaradılmalıdır. Səhiyyə işçilərinin sertifikasiya imtahanı ləğv edilsə, düzgün yanaşma ortaya qoyulsa, bu cür yeniliklərin müsbət nəticəsini görmək olar. Dünyanın hər yerində akkreditasiya sistemi var. Yəni həkimlər baza və rezidentura təhsili aldıqdan sonra onlara konkret bir sahə üzrə fəaliyyət göstərmək üçün lisenziya verilir. Bu lisenziyanın müddəti 5, yaxud 7 il ola bilər. Həmin müddət bitdikdən sonra təkrar akkreditasiya aparılır, şəxsin həmin müddət ərzindəki fəaliyyəti, nə qədər konfrans və təcrübə mübadiləsində olduğu araşdırılır. Ondan sonra ona yeni dövr üçün lisenziya verilir. Əgər bir şəxs öz ixtisasını dəyişmək istəyirsə, təkrar rezidentura keçməlidir. Prinsip və qayda budur, bundan kənarda olan hər şey Azərbaycan yaradıcılığıdır”.


Teletibb xidmətindən dünya təcrübəsində istifadəsinə gəldikdə isə professor pandemiyadan sonra bu məsələnin xüsusi aktuallıq kəsb etdiyini deyib: “Əslində, xüsusi təhlükəli infeksiyaların, o cümlədən, pandemiyalar zamanı xəstəliklərin müalicəsinin məsafədən idarə olunması məqsədəuyğun haldır. "Whatsap” və ya digər sosial platformalar üzərindən bunu həyata keçirmək mümkündür”. 


Artıq xeyli müddətdir Çində də bu təcrübədən istifadə olunur. Belə ki, robot və dronların vasitəsilə dərmanların insanlara çatdırılması və həkim nəzarəti ilə onların idarə olunması həyata keçirilir: "Pandemiya zamanı Çində yalnız ağır xəstələri reanimasiyaya götürürdülər, yüngül xəstələri isə evdə məsafədən müalicə edirdilər. Hər halda, bu, bir tibbi üsuldur, xüsusən, indiki dövrdə aktuallıq kəsb edir. Tutaq ki, xəstə ağırdır, həkimə gələ bilmir, amma insulin və digər dərmanların qəbuluna, qidasına nəzarət internet üzərindən mümkündür. Bu, artıq yayılmış və yaxşı təcrübədir. Sözsüz ki, bu cür təcrübənin bizim ölkəmizdə də tətbiq edilməsi mümkündür, lakin bunun üçün sistem şəffaf qurulmalıdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri