Icma.az
close
up
RU
Televiziyalar dilimizi niyə korlayır? KÜNCDƏN BAXIŞ

Televiziyalar dilimizi niyə korlayır? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elçin Bayramlı

Televiziya bütün dövrlərdə ən güclü təbliğat vasitəsi hesab olunub. Ədəbi dilin formalaşmasında TV-lərin rolu böyükdür. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ədəbi dilinin formalaşmasında, xalq tərəfindən öyrənilməsində də televiziyanın böyük rolu olub. Lakin, bu gün AzTV və Mədəniyyət kanalı istisna olmaqla televiziyaların demək olar ki, hamısında dil problemi mövcuddur. Aparıcılar ədəbi dili kənara qoyub, jarqonlar, əcnəbi sözlərlə, ara kəlmələri ilə danışırlar. İTV-də belə qüsurlara az hallarda rast gəlinir, lakin özəl kanallarda belə halların sayı-hesabı yoxdur.

Üzeyir Hacıbəyov “Yeni üsuli–təbii haqqında bir neçə söz” adlı məqaləsində (Tərəqqi qəzetinin 1909-cu il mart tarixli nömrəsində) yazırdı: ”Biz müəllimlər öz dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi xarab edirik. Yüzlərlə müəllim ana dilinin qaydalarından heç nə bilmir”. Məqalənin yazılmasından 1 əsrdən çox keçsə də, orada qeyd olunan fikirlər öz aktuallığını bu gün də saxlamaqdadır. Dilimizi ən çox internet mediası korlasa da, bunu televiziyalara da aid etmək olar. Müasir dövrdə televiziya və radio kanallarnın dili olduqca çox müzakirə edilən məsələdir. Bu həmin sahədə çalışan əməkdaşların bəzilərinin konkret olaraq savadsızlığından, digər qisminin isə xarici dillərə meylindən irəli gəlir.

Bəzən kanallarda bundan sui-istifadə halları olur. Onlar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dilə aid sözlərlə danışırlar. Onların cümləsinin bir hissəsi türkcə, bir hissəsi rusca, bir hissəsi ingiliscə qurulur.

Sözlərin “qol-qabırğasını” sındıra-sındıra, hər sözə bir şəkilçi artırmaq və ya azaltmaqla danışmağı kimlərsə dəb salır. Qeyri-səlis tələffüz və diksiya problemi olan aparıcı televiziyanın imicinə güclü ziyan vurur, amma nədənsə bunu telekanal rəhbərliyi görmür, ya da... Efirdə belə bir aparıcını görən tamaşaçı isə bunu özünə qarşı təhqir hesab edir, telekanalı daha az izləyir.

Kommersiya telekanalların aparıcılarına baxanda aydınca görünür ki, intellektual bazaya, normal söz ehtiyatına və ana dilində savadlı danışıq qabiliyyətinə malik deyillər. Bunu söz bazasının zənginliyi barədə də demək olar. Məsələn, Avropa ölkələrində, Rusiyada TV və mətbuatda 200-300 mindən çox söz istifadə olunduğu halda, Azərbaycanda mediada istifadə olunan sözlərin sayı 50 mindən artıq deyil. Son vaxtlar isə əksər aparıcı və jurnalistlər cəmi bir neçə min sözlə danışır və yazırlar ki, bu da dilimizin imkanlarına müvafiq deyil.

Bəzi aparıcılar robotu xatırladır. Standart sözlər və ifadələr, şablon cümlələr, məişət danışıq stili…

Elə aparıcılar var ki, diksiyası yerindədir, amma danışan kimi hiss edilir ki, onun savad və dünyagörüşü çox azdır, həyat təcrübəsi yoxdur. Aparıcıların yaş faktoru da oldüqca vacibdir. Bizim xəbər aparıcılarına baxın, çoxu 20-25 yaşlı gənclərdir. Həyat təcrübəsi az olan, savadı və söz bazası zəif olan birinin hökmlü intonasiya ilə TV-dən xalqa məsləhət verməsi də bir başqa problemdir.

Televiziya və radiolardakı bu problemə nəzarət edən, cəza tədbiri görən bir instansiya olmadığından vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Üstəlik, televiziya və radioların ucuz işçi qüvvəsi olaraq diletantları cəlb etməsi, peşəkarların kənarda qalmasına səbəb olur və nəticədə bu özünü efirdə aydın göstərir.

Bu məsələ çox vacibdir, biz ana dilimizi qorumasaq, tezliklə dilimiz tamam dəyişəcək, nəsillər arası əlaqə qırılacaq, yeni nəsillər köhnə nəsillərlə bir-birini başa düşməyəcək, yenilər köhnə ədəbiyyatı oxuyanda, köhnə filmlərimizə baxanda çoxunu başa düşməyəcək. Min illərdir qoruyub bu günədək gətirib çıxardığımız milli sərvətimizi indi itirməli deyilik.

Ana dilinin qorunması haqda xüsusi qanun qəbul olunmalı, mediada ana dilinin qaydalarına uyğun olmayan, dilimizin rəsmi lüğət ən azı qınaq tətbiq olunmalıdır. Dəfələlərlə qəsdən təkrarlanan hallarda isə cərimələr tətbiq etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Mart 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri