Icma.az
close
up
RU
Televiziyalara yeni tələb Bəs praktiki icrası mümkündür?

Televiziyalara yeni tələb Bəs praktiki icrası mümkündür?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna əlavə edilən yeni – 12-1-ci maddədə əksini tapıb. Qanuna əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Bəs görəsən, Azərbaycanda bu işi yetərincə peşəkar formada icra edə biləcək surdo-tərcüməçilər varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin prezident köməkçisi Kəmalə Ələkbərova bildirib ki, ölkəmizdə peşəkar surdo-tərcüməçilər var:

“Azərbaycanda peşəkar surdo-tərcüməçilər var. Sadəcə bu qərardan sonra onlar artıq bu peşəyə rəsmi şəkildə qəbul oluna biləcəklər. Azərbaycan Karlar Cəmiyyəti 1929-cu ildən fəaliyyət göstərir. Bu cəmiyyətin surdo-tərcüməçilərin ixtisaslaşmasında, akreditasiyadan keçməsində əsas rolu olub. Surdo-tərcüməçilərin peşəkar olub-olmamasını kim yoxlaya bilər? Bunu sadəcə Azərbaycan Karlar Cəmiyyəti yerinə yetirə bilər. Orada çalışan, işləyən tərcüməçilərə eşitmə məhdudiyyətlilərin özləri də razılıq bildirirlər. Əsasən Azərbaycan Karlar Cəmiyyətində işləyən surdo-tərcüməçilərin valideynləri eşitmə və nitq qabiliyyəti məhdud olduğu üçün, onlar həm jest dilində, həm də tərcümədə yüksək keyfiyyətli nəticə verə bilirlər”. 

Kəmalə Ələkbərova qeyd edib ki, jest dilinin vahidi standartı hazırlanmalıdır:

“Düzdü, bu peşəni sonradan öyrənənlər də var və biz onlarla işləyirik. Amma onlar digərləri kimi nəticə vermir. Məsələn, mənim valideynlərim eşitmə məhdudiyyətli olub. Eləcə də bizdə çalışan işçilərin 99 faizi surdo-tərcüməçilərin valideynləri eşitmə məhdudiyyətlidir. Biz daha düzgün tərcüməni təmin edə bilirik. Bu qanun özü-özlüyündə böyük bir təməlin qoyuluşuna səbəb oldu. Jest dilinin bundan etibarən vahid standartı hazırlanmalıdır. Vahid standart olduqdan sonra, Azərbaycan Dövlət Pedaqoji Univeristetində və digər ixtisaslaşmış ali məktəblərdə jest dilinin daha düzgün öyrənilməsi üçün düzgün metodun hazırlanması vacibdir”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Aprel 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri