Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Televizorlarda ekranın təsvir keyfiyyətini yaxşılaşdıran funksiyanın standart olaraq söndürüldüyü məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə XDA portalında məqalə dərc olunub.
Mütəxəssislər qeyd edirlər ki, televizorlar zavod tənzimləmələri ilə (qutudan çıxarıldığı anda) mümkün olan ən ideal görüntü keyfiyyətinə malik olmur. Bu, Avropada fəaliyyət göstərən istehsalçıların "Energy Star" reytinqini qazanmaq və cihazların enerjiyə qənaət etdiyini sübut etmək məqsədilə qəsdən ən aşağı keyfiyyət rejimini seçmələri ilə əlaqədardır.
Mütəxəssislər bildirirlər ki, məhz bu səbəbdən cihazın tənzimləmələrinə daxil olaraq "Kinoteatr" və ya "Kinorejissor" rejimini tapıb aktivləşdirmək lazımdır. Onların fikrincə, bu rejim ən yaxşı vizual keyfiyyəti təmin edir. Bundan əlavə, həmin funksiya sayəsində film və serialları birbaşa məzmun yaradıcılarının nəzərdə tutduqları orijinal formada izləmək mümkündür.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu funksiyadan ilk dəfə istifadə edərkən ekrana sarı rəngli filtr tətbiq olunmuş kimi görünə bilər. Bu isə istifadəçilərin uzun müddət zavod tənzimləmələrindəki mavi çalarlara alışmaları ilə bağlıdır. Məqalədə xüsusi olaraq qeyd edilir ki, şirkətlər ən mükəmməl rəng balansını qurmaq üçün böyük əmək sərf etsələr də, sonda müxtəlif amillərə görə televizorları əsas keyfiyyət xüsusiyyətlərini gizlədən rejimlərlə alıcılara təqdim edirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Oktyabr 2026 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















