Icma.az
close
up
RU
Təlim iştirakçılarına sertifikatlar təqdim olunub

Təlim iştirakçılarına sertifikatlar təqdim olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunan “Keyfiyyət yönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda iki günlük təlim kursunu uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.

Ali təhsil müəssisələrində müasir təlim metodlarının tətbiqi və keyfiyyət yönümlü tədrisin təkmilləşdirilməsinə həsr olunan təlimin yekununda keçirilən sertifikat təqdimetmə mərasimində TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov və şöbənin böyük məsləhətçisi Bəyim Abdulla iştirak ediblər.

Mərasimdə ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı və təlim iştirakçıları da yer alıblar. Çıxış edən rektor İlham Mədətov təhsildə keyfiyyət təminatının və müasir tədris yanaşmalarının ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu kimi təlimlər akademik heyətin peşəkar bacarıqlarının artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verir.

Prorektor Araz Aslanlı isə təlim proqramının iştirakçılar üçün faydalı təcrübə mübadiləsi platforması yaratdığını bildirib. TKTA-nın şöbə müdiri Elçin Cəfərov da çıxışında keyfiyyət yönümlü tədrisin ali təhsildə dayanıqlı inkişafın əsas amillərindən biri olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 

Z.HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri